Posts

Showing posts from 2013

Biznes satmaq demək deyil!

Image
Bu yazını ORO Mebel Şirkətinin Baş Direktoru Anar Bayramovun Biznes satmaq demək deyil ki?! sual başlıqlı yazısına (http://anarbayramov.com/) cavab olaraq, həmçinin orada olan bir sıra məqamlara münasibət olaraq yazmağa çalışacağam.

Biznes satmaq deyil ki? sualına cavab vermək üçün ilk öncə Biznes nədir sualına cavab vermək lazımdır.
Biznes - Qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından , xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. (Mənbə: http://az.wikipedia.org/wiki/Biznes). Bu tərifdə də qeyd olunduğu kimi Biznes fəaliyyəti müəyyən hissələrdən, bloklardan ibarət bir prosesdir. Onun üçün şərti olaraq Biznesi 6 hissəyə bölmək istərdim:
1-ci mərhələ - Qərar!
Bu mərhələ biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs üçün önəmli bir mərhələdir. Bir çox insanlar bu ilk baryeri aşa bilmirlər və ya aşmaq istəmirlər. Əslində hər kəs bu baryeri aşa bilsəydi muzdlu işləyən olmazdı hərkəs fərdi sahi…

Marketinq Dağa Qalxdı - Quba səfərimiz

Image
Hörmətli Oxucular,

29-30 İyun 2013-cü il tarixində müxtəlif sahələrdə çalışan, Marketinq düşüncəli insanlarla Quba səfərində olduq. Bu səfər mənim yaddaşımda əsas üç xüsusiyyəti ilə qaldı:

Birincisi yeni, yaradıcı, maraqlı insanlarla tanış olma imkanım oldu. Bu insanların Quba səfərinə gəlməsi faktının özü elə onların yeniliklərə açıq olmaları, yeni fikirlər, məlumatları alma istəklərinin yüksək olmağından xəbər verir ki, bu da inkişaf meylli insanın əsas xüsusiyyətlərindəndir.

İkincisi daha öncədə tanıdığım dostların planları, Azərbaycan Bazarında gətirmək istədikləri yeniliklər barədə məlumatlı oldum. Həqiqətən də bu inovasiyalar Azərbaycan biznes məkanında çevriliş edə biləcək layihələrdir və onların yaradıcılarına mən ən əsası can sağlığı arzu edirəm ki, öz ideyalarını reallaşdıra bilsinlər. İdeyalarını reallaşdırmaları üçün onların yetərincə resurs və imkanları olacaqdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, hər hansı gücüm daxilində olan dəstəyə ehtiyacları olarsa hər za…

Proqramlaşdırma dilinin seçimi

Image
Proqramlaşdırma sahəsini öyrənmək istəyən hər bir şəxs üçün qarşıda duran əsas məsələlərdən biri hansı dili öyrənməyə başlamaq sualı ilə başlayır. Proqramlaşdırma sahəsinə səyahətdə ilk yol yoldaşım olan kitabın ikinci, üçüncü və dördüncü bölmələri bu mövzuya həsr olunub. Kitabda da qeyd olunduğu kimi qədim dövrlərdə hələ proqramlaşdırma yeni yarananda proqramistlər əsasən birlər və sıfırlardan ibarət olan maşın (yəni komputer) dilində yazmağa başlamışdılar. Maşın dilinin üstünlüyü ondadır ki, proqramlar birbaşa bu dildə yazıldığı halda daha sürətli icra olunur amma onların yazılmasına çox vaxt lazımdır və səhvlər etmə imkanı çox yüksəkdir.
Sonra bu sahə genişləndikcə insan dilini yəni adi sözlərdən ibarət olan komandaları maşın dilinə çevirmək imkanı olan proqramlaşdırma dilləri meydana gəlməyə başladı. Bunların ən köhnələrindən olanı və maşın dilinə daha yaxın olan Asambler olmuşdur. Asamblerin də öz müsbət və mənfi tərəfləri var.
Ümumiyyətlə bu ərəfədə bir çox proqramlaşdırma dillə…

Web proqramlaşdırmaya START

Image
Əziz dostlar,

Bu gündən web proqramlaşdırma sahəsini öyrənmək qərarına gəlmişəm və qərarım da qətidir. Tanıdığım insanların, dostların, tanışların bu mövzuda dəstək olması, həmçinin bu sahənin mütəxəssisi olan şəxslərin öz biliklərini mənimlə bölüşərək, səhvlərimi düzəltməsi üçün, eləcə də bu sahəni mənimlə birlikdə öyrənmək istəyənlər üçün bloqumda addım-addım öyrəndiklərimi, oxuduqlarımı Sizinlə bölüşəcəyəm.

Bu gündən Уоллес Вонг - Основы Программирования для "чайников" kitabını oxumağa başlayıram. Hər bir bölmə üzrə öz təsüratlarımı və fikirlərimi paylaşacağam.

Kitabın birinci bölməsində qeyd olunduğuna görə proqramlaşdırma asan bir sahədir. Kitabda xoşuma gələn ifadə o oldu ki, həqiqətən də hər kəs avtomobilin matorunun neçə qurulduğunu və işlədiyini bilmir amma istənilən şəxs avtomobil sürməyi öyrənə bilər. Onun üçün də hər kəs komputerin işləmə mexanizmlərini dərindən öyrənməyə ehtiyac olmadan proqramlaşdırmanı öyrənə bilər.

Proqramlaşdırma öyrənməyə başlamazdan öncə mü…

Bankdan necə faizsiz kredit götürüb, üstəlik kreditə görə faiz qazanmaq olar?

Image
Əminəm ki, bu başlığı oxuyanda düşünürsünüz ki, Bank ola, faizsiz kredit verə, hələ üstəlik də kreditə görə müştəriyə faiz ödəyə? :) Onda Bank müflis olar ki! Əslində isə bunun tam qaydalar çərçivəsində, həm müştərilərin, həmçinin də Bankın maraqları qorunmaqla, yolları vardır və hər bir şəxs bu imkandan istifadə edə bilər. Buna yeni tətbiq olunmağa başlamış taksit kart sistemi vasitəsilə nail olmaq olar. Daha aydın olması üçün konkret olaraq bir nümunə hədəf üzərində izah edəcəyəm və addımları bir-bir qeyd edəcəyəm:
Hədəf: Arçelikdən (250-dən çox mağaza) bir ədəd kondisioner 484 manata, bir ədəd paltaryuyan maşın 456 manata almaq və bu əməliyyatdan maksimum qazanc əldə etmək. Ümumi xərcləməli olduğumuz məbləğ 940 manat təşkil edir.

Hədəfə çatmanın sərfəli olmayan variantı:
Siz evdə əziyyətlə yığdığınız pulu aparıb verirsiniz və heç bir əlavə qazanc əldə etmədən hədəfə nail olub, yığdığınız pulu da sərf etmiş olursunuz. Yəni yuxarıda qeyd olunan avadanlıqları nağd ödəniş edərək əldə ed…

İnsan qərarsızlıqdan daha çox itirir, nəinki yanlış qərardan

Image
Bizim hər birimiz gündəlik həyatımızda müxtəlif qərarlar veririk. Bu qərarlarımız şəxsi həyatımız, iş həyatımız, öz pulumuz, başqalarının pulu, öz işimiz, başqalarının işi və digər mövzularda olur. Hər bir insanın verdiyi qərarlar onun bu günədək, oxuduqları, öyrəndikləri, gördükləri, götürdükləri, təcrübələri əsasında olur. Onlar əsasında qarşısına çıxan problemlər barədə dəyərləndirmə aparıb, qərar verir.

Qərar nə olursa olsun, bir qərarın olması, onun nəticəsinin düzgün və ya yanlış olmasından daha vacibdir. Çünki, yanlış qərar verəndə belə insan ən azından bir həyat təcrübəsi əldə etmiş olur. İnsan qərar verməklə onun nəticəsini müsbət və ya mənfi yaşayır. Təbii ki, mən demək istəmirəm nəticəsi mənfi olacağını, bilə-bilə qərar vermək lazımdır. Sağlam düşüncəli insan heç vaxt nəticəsinin yanlış olacağını bildiyi bir qərarı qəbul etməz. Qərarlar əsaslı və bütün məqamlar nəzərə alınmaqla verilməlidir. Ancaq insan hər hansı bir məsələ barədə qərarsız olduğu təqdirdə o nəinki, qərarın…

Milli Marketinq Forumu 2013 nə vədd edir?

Image
Hörmətli Oxucular,

Bu gün yeni bloqumda ilk yazımı dərc edirəm. Mənim üçün çox sevindirici haldır ki, bu yazım Azərbaycanda İlk Milli Marketinq Forumu barədə olacaqdır. Forum 29-30 May 2013-cü il tarixlərində keçiriləcəkdir. Bu iki gün, gündəlik həyatımızın adi günləri, tariximizin şərəfli səhifələri olmaqla yanaşı, Azərbaycan Marketinq tarixində də iz qoyacaq günlər olacaqdır.

Təsadüfi deyil ki, Forum 3P adlanır. Problem, Praktika və Paylaşma sözlərini özündə əks etdirən bu ad, ümumikdə forumun məqsədini, proqramını və faydasını özündə əks etdirir. Forumda, bu gün Azərbaycan Marketinq sektorunda olan problemlər, onların səbəbləri, həm Marketoloqların, həmçinin də Sifarişçilərin baxış açısından analiz olunub, praktiki müzakirələr aparılacaq və çıxış yolları araşdırılacaqdır. İki gün ərzində forum iştirakçıları, Marketinq mütəxəssislərinin uğurlu layihələri və karyera yolları ilə tanış olub, onları öz təcrübələrində tətbiq etmək imkanı əldə edəcəkdirlər. Forum yeni tanışlıqlar üçün id…