Posts

Showing posts from July, 2013

Biznes satmaq demək deyil!

Image
Bu yazını ORO Mebel Şirkətinin Baş Direktoru Anar Bayramovun Biznes satmaq demək deyil ki?! sual başlıqlı yazısına (http://anarbayramov.com/) cavab olaraq, həmçinin orada olan bir sıra məqamlara münasibət olaraq yazmağa çalışacağam.

Biznes satmaq deyil ki? sualına cavab vermək üçün ilk öncə Biznes nədir sualına cavab vermək lazımdır.
Biznes - Qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından , xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. (Mənbə: http://az.wikipedia.org/wiki/Biznes). Bu tərifdə də qeyd olunduğu kimi Biznes fəaliyyəti müəyyən hissələrdən, bloklardan ibarət bir prosesdir. Onun üçün şərti olaraq Biznesi 6 hissəyə bölmək istərdim:
1-ci mərhələ - Qərar!
Bu mərhələ biznes fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs üçün önəmli bir mərhələdir. Bir çox insanlar bu ilk baryeri aşa bilmirlər və ya aşmaq istəmirlər. Əslində hər kəs bu baryeri aşa bilsəydi muzdlu işləyən olmazdı hərkəs fərdi sahi…

Marketinq Dağa Qalxdı - Quba səfərimiz

Image
Hörmətli Oxucular,

29-30 İyun 2013-cü il tarixində müxtəlif sahələrdə çalışan, Marketinq düşüncəli insanlarla Quba səfərində olduq. Bu səfər mənim yaddaşımda əsas üç xüsusiyyəti ilə qaldı:

Birincisi yeni, yaradıcı, maraqlı insanlarla tanış olma imkanım oldu. Bu insanların Quba səfərinə gəlməsi faktının özü elə onların yeniliklərə açıq olmaları, yeni fikirlər, məlumatları alma istəklərinin yüksək olmağından xəbər verir ki, bu da inkişaf meylli insanın əsas xüsusiyyətlərindəndir.

İkincisi daha öncədə tanıdığım dostların planları, Azərbaycan Bazarında gətirmək istədikləri yeniliklər barədə məlumatlı oldum. Həqiqətən də bu inovasiyalar Azərbaycan biznes məkanında çevriliş edə biləcək layihələrdir və onların yaradıcılarına mən ən əsası can sağlığı arzu edirəm ki, öz ideyalarını reallaşdıra bilsinlər. İdeyalarını reallaşdırmaları üçün onların yetərincə resurs və imkanları olacaqdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, hər hansı gücüm daxilində olan dəstəyə ehtiyacları olarsa hər za…