среда, 3 июля 2013 г.

Marketinq Dağa Qalxdı - Quba səfərimiz


Hörmətli Oxucular,

29-30 İyun 2013-cü il tarixində müxtəlif sahələrdə çalışan, Marketinq düşüncəli insanlarla Quba səfərində olduq. Bu səfər mənim yaddaşımda əsas üç xüsusiyyəti ilə qaldı:

Birincisi yeni, yaradıcı, maraqlı insanlarla tanış olma imkanım oldu. Bu insanların Quba səfərinə gəlməsi faktının özü elə onların yeniliklərə açıq olmaları, yeni fikirlər, məlumatları alma istəklərinin yüksək olmağından xəbər verir ki, bu da inkişaf meylli insanın əsas xüsusiyyətlərindəndir.

İkincisi daha öncədə tanıdığım dostların planları, Azərbaycan Bazarında gətirmək istədikləri yeniliklər barədə məlumatlı oldum. Həqiqətən də bu inovasiyalar Azərbaycan biznes məkanında çevriliş edə biləcək layihələrdir və onların yaradıcılarına mən ən əsası can sağlığı arzu edirəm ki, öz ideyalarını reallaşdıra bilsinlər. İdeyalarını reallaşdırmaları üçün onların yetərincə resurs və imkanları olacaqdır. Fürsətdən istifadə edib demək istəyirəm ki, hər hansı gücüm daxilində olan dəstəyə ehtiyacları olarsa hər zaman dəstək olmağa hazıram.

Üçüncü Yeni məhsul və xidmətlərin yaradılması sahəsində öz bilik və təcrübələrimlə bölüşmə imkanı olmuşdur. Düşünürəm ki, Təqdimat əksəriyyət üçün maraqlı oldu və hər hansı bir şəxsin mövzu ilə bağlı sualları olarsa istənilən zaman onları cavablandırmağa hazıram.

Təqdimatın elektron variantı:

Комментариев нет:

Отправка комментария