Posts

Showing posts from 2014

Sağlam düşüncəli qadın böyük qüvvədir

Image
İnsan bədəninin yaşamı və sağlam inkişafı üçün qan dövranı nə qədər əhəmiyyətlidirsə, qadınların ailə və cəmiyyətdəki rolu da o dərəcədə böyük əhəmiyyətə malikdir. Necəki, qan insan bədənində dövr edərək, onun bütün orqanlarını həyat üçün gərəkli resurslarla təmin edir, eləcə də qadın cəmiyyətin sağlam inkişafı üçün hərəkət verici qüvvədir. Təsadüfi deyil ki, Azərbaycan marifçilik tarixinin görkəmli simalarından olan mesenat Hacı Zeynalabdin Tağıyev Azərbaycan qadınının təhsil alması üçün, böyük çətiliklərə sinə gərərək 1901-ci ildə Qızlar məktəbi açdırmış və qızların təhsilinə qayğı və diqqət göstərmişdir. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə HacıbababəyovaŞəhrəbanu ŞabanovaŞəfiqə ƏfəndizadəSəkinə AxundzadəMəryəm QembitskayaNaxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova və onlarla başqaları.
Müasir dövr…

Qəzəbini yox et, ondan sənə xeyir gəlməz

Image
Bəzən biz əsəbi anlarla qarşılarşırıq. Bizi əsəbləşdirən insanlar qarşımıza çıxır. Hətta bəzi insanlar var ki, sanki başqalarını əsəbləşdirmək onların daxili ehtiyacıdır. Belə olan hallarda Sizcə kim daha çox qazancda olur və
kim daha çox itirir? Təbii ki, hər iki tərəf bu mənfi emosiyalardan zərər görür. Üstəlik qəzəblənən şəxs daha çox itkiyə məruz qalır. Qəzəb onun həm sağlamlığına, həm işlərinə, planlarına bir sözlə bütün varlığına təsir edir. Bu qəzəb və stress insanın içərisində qalır və insan beyni ondan xilas olmadıqca həmin səhnəni canlandırır, müxtəlif ssenarilər hazırlayır - "Ax onu necə döyərdim", "Necə cəzalandırardım" başlıqlı səhnələr canlanır beynimizdə. Bu beynin təbii reaksiyasıdır. Əslində bizin beyniniz ona daxil olmuş bu mənfi ünsürdən qurtulmaq istəyir onu qoparıb atmağa çalışır. Beyin bizi bunun üçün müxtəlif addımlara vadar edir.  Məsələn bu mənfi insidenti bacardığınız qədər çox insanlara danışırıq. Onun üçün təsədüfi deyil ki, belə bir de…

Biz nə üçün alırıq?

Biz hər gün müxtəlif məhsul və xidmətləri əldə edirik və ya onlardan istifadə edirik. Görəsən biz bunu nə üçün edirik? İnsanı almağa nə vadar edir? Bu sualın cavabı təbii olaraq onun ehtiyaclarıdır ancaq hansı ehtiyaclardan söhbət gedir? Məsələn biz gedib mağazadan yeni geyim alırıq. Ancaq biz o geyimi almağa lüt getmirik axı, əynimizdə paltarımız var ancaq biz yenə də gedib yenisini alırıq. Demək ki, burda başqa ehtiyaclar vardır ki, bizi yeni geyim almağa vadar edir.
Bu məqamda vacib olan minimum ehtiyaclar ödənildikdən sonra insanın alış prosesinə diqqət etməkdir. Məhz bu mərhələdə satış bacarıqları və satıcıya ehtiyac yaranır. Çünki diqqət etsəniz insanın ilkin ehtiyaclarının ödənilməsi üçün məhsulları satmağa o qədər də böyük əziyyət çəkmək gərəkmir. Yəni əgər evdə çörək qurtarıbsa biz gedib çörək alacağıq onu bizə satmağa ehtiyac yoxdur. Ancaq insanın bu baza ehtiyacının fərqli məhsullarla ödənilməsi məqamında satış bacarıqları tələb olunur. Məsələn 3 manat, 5 manat və daha bah…