воскресенье, 2 февраля 2014 г.

Qəzəbini yox et, ondan sənə xeyir gəlməz

Bəzən biz əsəbi anlarla qarşılarşırıq. Bizi əsəbləşdirən insanlar qarşımıza çıxır. Hətta bəzi insanlar var ki, sanki başqalarını əsəbləşdirmək onların daxili ehtiyacıdır. Belə olan hallarda Sizcə kim daha çox qazancda olur və
kim daha çox itirir? Təbii ki, hər iki tərəf bu mənfi emosiyalardan zərər görür. Üstəlik qəzəblənən şəxs daha çox itkiyə məruz qalır. Qəzəb onun həm sağlamlığına, həm işlərinə, planlarına bir sözlə bütün varlığına təsir edir. Bu qəzəb və stress insanın içərisində qalır və insan beyni ondan xilas olmadıqca həmin səhnəni canlandırır, müxtəlif ssenarilər hazırlayır - "Ax onu necə döyərdim", "Necə cəzalandırardım" başlıqlı səhnələr canlanır beynimizdə. Bu beynin təbii reaksiyasıdır. Əslində bizin beyniniz ona daxil olmuş bu mənfi ünsürdən qurtulmaq istəyir onu qoparıb atmağa çalışır. Beyin bizi bunun üçün müxtəlif addımlara vadar edir.  Məsələn bu mənfi insidenti bacardığınız qədər çox insanlara danışırıq. Onun üçün təsədüfi deyil ki, belə bir deyim var "İnsan qarşılaşdığı mənfi münasibət barədə 10 nəfərə danışırsa, yaxşı münasibət barəsində 3 nəfərə danışır." Çünki insan beyni mənfi emosiyalardan, məlumatlardan qurtulmaq, müsbətləri isə daim özündə saxlamaq istəyir. Gəlin baxaq qəzəb anında beynimizə mənfi emosiyalardan, məlumatlardan xilas olmaq üçün  necə köməklik edə bilərik.
İnsan beyni ona verilən məlumatları doğru və yanlışlığından asılı olmayaraq qəbul edərək icra edir. Bizim gözlərimiz, qulaqlarımız və digər hissiyat orqanlarımızdan daxil olan məlumatlar beynə ötürülür və nəticədə beyin elə qurulmuşdur ki, onu qəbul edib icra etmək məcburiyyətindədir ki, onların doğruluğu, yanlışlığı, acılığı, şirinliyi barəsində qərar verə bilsin. Deyək ki, öz avtomobilinizdə gedirsiniz və birdən başqa bir avtomobil yüksək sürətlə Sizin qarşınızdan keçir. Az qalır ki, qəzaya məruz qalasınız. Bədəninizdə qan dövranı sürətlənməyə başlayır. Beyninizə böyük həcmdə qan ötürülür və stress keçirirsiniz. Həmin şəxs qarşı qəzəbiniz formalaşır. Beyin ilk reaksiya olaraq həmin şəxsi söyməyə Sizi vadar edir :). Ancaq bu azdır beyniniz bütün gün ərzində bu hadisəni canlandırır, həmin şəxsi cəzalandırma ssenariləri formalaşdırır və bu mənfi emosiyaları daha da böyüyür. Belə olan halda bu cür mənfi emosiyalardan necə xilas olmaq olar? Bunun üçün Sizə xilas qərarını verməniz və yaradıcılıq qabiləyətiniz köməklik edəcəkdir. Siz beyninizə belə bir ssenari verirsiniz "Bəlkədə həmin adama, anasını təcili yardımla xəstəxanaya apardıqları barədə deyiblər və o da yüksək sürətlə bir an öncə özünü xəstəxanaya çatdırmaq istəyib" və yaxud "Bəlkədə həmin adamın övladı indi maşındadır halı pisləşib bir an öncə onu xəstəxanaya çatdırmaq istəyir" və s. Əsas odur ki, həmin şəxsə bəraət qazandırmaq qərarını verin və beyniniz Sizə bəraət ssenarisi hazırlayacaqdır. Bunun nəticəsində görəcəksiniz ki, həmin şəxsə qarşı qəzəbiniz necə azalacaqdır və yox olacaqdır. Bu həmin şəxsin yanlış əməlinə bəraət qazandırmaq üçün deyil bizim özümüzün mənfi emosiyadan xilas olmamız üçün lazımdır.

Комментариев нет:

Отправить комментарий