Posts

Showing posts from March, 2014

Sağlam düşüncəli qadın böyük qüvvədir

Image
İnsan bədəninin yaşamı və sağlam inkişafı üçün qan dövranı nə qədər əhəmiyyətlidirsə, qadınların ailə və cəmiyyətdəki rolu da o dərəcədə böyük əhəmiyyətə malikdir. Necəki, qan insan bədənində dövr edərək, onun bütün orqanlarını həyat üçün gərəkli resurslarla təmin edir, eləcə də qadın cəmiyyətin sağlam inkişafı üçün hərəkət verici qüvvədir. Təsadüfi deyil ki, Azərbaycan marifçilik tarixinin görkəmli simalarından olan mesenat Hacı Zeynalabdin Tağıyev Azərbaycan qadınının təhsil alması üçün, böyük çətiliklərə sinə gərərək 1901-ci ildə Qızlar məktəbi açdırmış və qızların təhsilinə qayğı və diqqət göstərmişdir. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə HacıbababəyovaŞəhrəbanu ŞabanovaŞəfiqə ƏfəndizadəSəkinə AxundzadəMəryəm QembitskayaNaxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova və onlarla başqaları.
Müasir dövr…