суббота, 8 марта 2014 г.

Sağlam düşüncəli qadın böyük qüvvədir

İnsan bədəninin yaşamı və sağlam inkişafı üçün qan dövranı nə qədər əhəmiyyətlidirsə, qadınların ailə və cəmiyyətdəki rolu da o dərəcədə böyük əhəmiyyətə malikdir. Necəki, qan insan bədənində dövr edərək, onun bütün orqanlarını həyat üçün gərəkli resurslarla təmin edir, eləcə də qadın cəmiyyətin sağlam inkişafı
üçün hərəkət verici qüvvədir. Təsadüfi deyil ki, Azərbaycan marifçilik tarixinin görkəmli simalarından olan mesenat Hacı Zeynalabdin Tağıyev Azərbaycan qadınının təhsil alması üçün, böyük çətiliklərə sinə gərərək 1901-ci ildə Qızlar məktəbi açdırmış və qızların təhsilinə qayğı və diqqət göstərmişdir. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan Azərbaycanın tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə HacıbababəyovaŞəhrəbanu ŞabanovaŞəfiqə ƏfəndizadəSəkinə AxundzadəMəryəm QembitskayaNaxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda "Qadın Xeyriyyə Cəmiyyəti"ni yaradan Liza Muxtarova və onlarla başqaları.
Müasir dövrümüzdə qızlar daha geniş imkanlara malikdirlər. Onlar istədikləri universitetdə xaricdə və ya ölkə daxilində təhsil almaq, istədiyi sahədə işləmək, istədiyi insanla ailə qurmaq, istədiyi sayda övlad sahibi olmaq, hətta müasir tibbi texnalogiyalar sayəsində xarici görünüşlərini belə dəyişmək imkanlarına malikdirlər. Zaman keçdikcə qadınlar qarşısında olan sərhədlər genişlənir, qərb düşüncəsi müxtəlif alətlərlə - televiziya, internet vasitəsilə Azərbaycan qadınlarına sərhədsizliyi aşılayır. Ancaq bu aşılanan məlumat kütləsi müvafiq mənəvi filterlərdən keçirilmədiyi təqdirdə dağıdıcı qüvvəyə malikdir. Bu mənəvi filterləri müəyyən etmək isə valideyinlərin, xüsusilədə ananın üzərində olan bir məsuliyyətdir. Ancaq qərb idealogiyası digər tərəfdən
qadınları daha müqəddəs ana rolundan ayırmağa çalışır və katibə, mütəxəssis, menecer, şirkət rəhbəri və digər ilk baxışdan cəlbedici, mənəvi baxışdan isə dəyərsiz rollara aparır. Qadınları kişilərlə eyni səviyyədə olaraq onlarla acımasız iş həyatı şərtlərində mübarizə aparmağa vadar edir. Nəticədə onların övladlarını ana deyil dayələr tərbiyə etməyə başlayır. Ana qayğısı və nəvazişindən, valideyin mənəvi tərbiyəsindən məhrum övladın isə sağlam cəmiyyət formalaşdırma ehtimalı çox aşağıdır.
Bu gün bir çox qızlar üçün evdarlıq kəliməsi geri qalmışlıq, köhnəçilik ifadələri ilə assosiasiya olunur. Qızlar mən işləyib pul qazanmalıyam, karyera qurmalıyam deyə düşünürlər. Nəticədə bir qadının vacib və öncül rollarından olan ailə sabitliyi və stabilliyini qoruma rolu arxa planda qalır və bu bir çox hallarda ailələrin dağılmasına gətirib çıxarır. Bəs çıxış yolu nədir?
Mən qızların təhsil alması, elm bilik sahibi olması, ailə münasibətlərinə xələl gətirməyəcək sahələrdə işləməsinin əleyhinə deyiləm. Ancaq elm öyrənməklə yanaşı qızların cəmiyyətin ayrılmaz hissəsi olan ailə münasibətlərinin idarə olunması sahəsində biliklərinin inkişafının da əhəmiyyətli olduğunu hesab edirəm. Qızlar ailənin əhəmiyyəti, ailədə qadının rolu və uşaqların tərbiyəsi mövzularında biliklərə sahib olmalıdırlar. Elə bir Ailə institutları olmalıdır ki, orada qızlara, eləcədə oğlanlara ailənin və ailə münasibətlərinin idarə olunması üzrə biliklər verilməli və marifləndirilməlidirlər. Çünki sağlam düşüncəli qadın tək texniki biliklərə sahib olan qadın deyil, eyni zamanda mənəvi biliklərə də sahib olmalıdır. Ancaq bu halda qadınlar ailə və iş münasibətləri, uşaqların təlim tərbiyəsi proseslərini, kişinin ailədəki rolunu və davranışlarını doğru idarə edərək sağlam ailə və bunun nəticəsi olaraq sağlam cəmiyyətin əsasını qoymuş olarlar. 


Комментариев нет:

Отправка комментария