понедельник, 28 сентября 2015 г.

Astana inkişaf astanasında





Ötən ay (avqust 2015) ''Effektiv kommunikasiyalar'' mövzusunda təlim keçmək üçün Qazaxstan Astana şəhərinə getmişdim. Doğrusu ümumiyyətlə Qazaxstanda birinci dəfə olduğum üçün ölkə barəsində o qədər geniş təsəvvürüm yox idi.
Təlimdən şəkil
Astananın sol sahilinin mərkəz hissəsinin ümumi görünüşü
Birincisi başlayaq hava yolu şirkətindən belə ki, AirAstana ilə uçmuşdum, servis heç də pis deyil amma hələki doğrusu bu günədək uçduğum hava yolu şirkətlərindən QatarAir ways liderliyi saxlayır. Təyyarədə verilən yeməkləri çox dadlı idi, hələ üstəlik içərisində diş fırçası, diş pastası, qulaqlıq, bir cüt corab olan boxça da  hədiyyə verdilər. Maraqlı surpriz idi. Astanaya çatarkən hava limanı o qədər də xoşuma gəlmədi köhnə sovet dövründən qalma sistemə malikdi. Ancaq şəhərin özündə çox hündür müasir binalar, küçələr çox səliqəli idi. Bu səliqəlilik doğrusu çox diqqətimi çəkdi və bu necə təmin olunur deyə soruşduqda hökümətin bütün işsizləri müvafiq ödəniş müqabilində şəhərin təmizliyinə cəlb etdiklərini bildirdilər. Şəhərin hər tərəfində güllər çiçklər əkilib abadlıq işləri ilə diqqəti cəlb edirdi. Düşünürəm ki, qısa
Beşbarmaq
zamanda Astana rəhbərliyi yeni hava limanının tikintisi barədə də düşünəcəkdir. Astana şəhəri ümumiyyətlə iki hissədən ibarətdir - çayın sağ sahili və sol sahili. Sağ sahil köhnə Astana hesab olunur, sol sahil isə demək olar ki, sıfırdan tikilib və yeni Astana adlanır. Astana şəhəri özü təxminən 6 il öncə yeni paytaxt şəhəri olub. Daha öncə paytaxt Almata şəhəri idi. Qiymətlərdə də çox böyük fərq var sol sahildə daha
çox müasirlik olduğu üçün həm icarə haqqları da yetərincə yüksək olduğu üçün qiymətlər çox bahadır. Ümumiyyətlə Astana ucuz yer deyil. Biz
Kuvirdaq
iki nəfərə Qazaxların milli mətbəxindən bir neçə təamların dadına baxdıq 70 dollar xərcimiz çıxdı. Yemeklərdən söz açmışkən Qazaxların mətbəxi o qədər də zəngin deyil. Hara gedirsən milli mətbəxdən ya Beşbarmaq təklif edirlər, ya da ki, Kuvirdaq. Beşbarmaq bizim xəngəl və üzərində at ətinin miksidir. Maraqlı və dadlı bir yeməkdir amma mənim daha çox Kuvirdaq xoşuma gəldi. Bizim Cızbıza oxşayır amma sulu bişirirlər. Ən acınacaqlı vəziyyət Qazaxstanda servisdədir. Adamlar eləbil pul qazanmaq istəmirlər. Demək səhər tezdən saat 9-dur durub getmişik
Astana şəhərini sağ və sol sahillərə ayıran körpü

səhər yeməyi yeməyə. Bizim ParkBulvar kimi bir ticarət mərkəzidir elə saat 9-da açılır. Çıxmışıq ikinci mərtəbəyə artıq hər kəs iş başındadır ancaq orda öyrəndik ki, iş saat 10-da başlayır. Görürük ki, müxtəlif hazır şirniyyatlar, natural sualar filan var. Deyirik ki, bəs tələsirik bu hazır şirniyyatlardan elə verin alaq yeyək gedək. Nə qədər çalışdıq heç cür onlardan ala
Xan Şatır
Xan Şatırda çimərlik
bilmədik. Tutdurdular ki, kassa saat 10 da açılır vəssalam. Yeni eyni vəziyyət bizdə olsaydı düşünürəm ən azından insanlıq naminə satıcı bir şeylər düşünüb bizi ac yola salmazdı. Qiymətlərin baha olmasına baxmayaraq bir çox təşkilatlar özləri ofislərində işçilərinə yemək verirlər. Heç də pulsuz deyil amma qiymət şəhərdəkindən ən azı 5-10 dəfə ucuzdur. Qazaxların milli pulu tengedir. Bizim bəxtimizdən ele bu son devolivasiya biz orada olarkən baş vermişdi. 1 dollar təxminən 190 tenge idi ancaq bir günün içərisində 270 tenge oldu. Astana insanları çox soyuqdurlar düzü. Səbəbini soruşanda orada daha çox gəlmələrin üstünlük təkil etdiyini və hər kəsin iş üçün gəldiyi bir yer olduğu üçün hər kəsin işində gücündə olduğunu səbəb gətiridilər. Hər kəs birmənalı olaraq Almatanın daha ürəyə yatan və xoş bir yer olduğunu deyirdi. Hələ olmamışam onun üçün o qədər də müqayisə apara bilmərəm. Rəsmi hissəmiz bitəndən sonra yəni təlimlərimizi bitirdikdən sonra dedik görəsən bu Astanada harada bir eylenceli yer tapa bilərik. Kimdən soruşsan ilk tövsiyyə olunan yer Xan Şatır olur. Maraqlı yerdir əslində, həm alış veriş üçün, həmçinin də kinoteatrı və restoranları var. Ancaq ən qəribə və maraqlı olan tərəfi odur ki, ən yuxarı mərtəbəsində çimərlik var. Bəli bəli əməlli başlı çimərlik. Bir gün səhərdən axşama kimi gəlib bu qapalı çimərlikdə vaxt keçirə bilərsən qiyməti 7 min tenge bizim pulnan bugünkü kursla 25 manat.
 Astanada bir iki gün keçirdikdən sonra oranı tam olaraq kəşf etmiş olursan. Sonra harada maraqlı vaxt keçirmək olar sualı yaranır və Astanadan təxminən 250 km məsafədə Borovoe adlı bir yer var. Çox əsrarəngiz təbiəti olan bir yerdir.  Havası həqiqətən də gözəl olan bir yerdir. Çoxlu kiçik gölləri və qeyri adı qayalıqları olan bir yerdir. Orada kvadraskl icarəyə götürüb bütün Borovoeni səyatə çıxmaq olar. Bütün Qazaxstandan orada adamları görmək olar. Həmçinin xarici qonaqlar da az deyil. Əvvəlcədən hotel kirayələməyə heç ehtiyac yoxdur təbii ki, hansısa bayram günlərində və ya istirahət günlərində getməmisinizsə çünki hər addım başı ev kirayə verənlər özləri Sizi tapacaqlar. Borovoedə nə qədər istəsəniz əyləncə var. Gecə saatlarına kimi müxtəlif klublar və əyləncə mərkəzləri açıq olur. Beləliklə qısa da olsa Sizinlə Astana şəhəri barəsində təsuratlarımla bölüşdüm. Oralara yolunuz düşərsə və hər hansı suallarınız yaranarsa facebook vasitəsilə və ya e-mail ünvanı vasitəsilə suallarınızı yaza bilərsiniz. Böyük məmnuniyyətlə cavablandıraram.

пятница, 4 сентября 2015 г.

İnformasiya və biliklər arasındakı incə xətt

Qüvvət elmdədir başqa cür heç kəs,
heç kəsə üstünlük eyləyə bilməz.
N. Gəncəvi
        Hər bir insan bu dünyaya ağ bir vərəq kimi gəlir və zamanla bu vərəq üzərində yazılanlar onun dünya görüşünü, düşüncə tərzini, həyatda əldə etdiklərini müəyyən edir. İnsan yaşamı ərzində gördükləri, oxuduqları, eşitdikləri məlumatlar əsasında müxtəlif informasiyalar əldə edir ancaq həmin informasiyaları biliklərə çevirmək və onlardan istifadə etmək növbəti addımlardır. Bilikləri informasiyadan fərqləndirən 3 əsas xüsusiyyətini Sizinlə bölüşmək istərdim:
Müəyyən struktura malik olması – Xüsusilə XXI əsr informasiya dövründə gün ərzində müxtəlif məlumatları müxtəlif mənbələrdən əldə edirik. Əgər on il öncə məlumatları biz özümüz axtarıb əldə
etmək istəyirdiksə bu gün onlar hər yerdədir. Bu məlumatlar içərisində faydalı olan və sadəcə bizim zamanımızı almağa xidmət edənləri vardır. Bu baxımdan insan şüurunun üzərinə düşən əsas məqsəd bu məlumatları strukturlaşdırmaq onları faydalı biliklərə çevirməkdir.
Dəqiq və lokanikliyi – Biliklər artıq emal olunmuş məlumatlar olduğu üçün onlar dəqiqliyi ilə seçilir. Yəni insanın bir birinə zidd olan iki məlumatı saxlaması onun artıq yüklənməsinə gətirib çıxarır. Məlumatları əldə etdikcə onların doğru olanı barədə qərar verib ziddiyyət təşkil edən məlumatları bir kənara qoymaq lazımdır. Həmçinin bu məlumatlar əsasında informasiya mənbələri əsasında da fikir formalaşır. Bu həm televiziya, radio, qəzetlər və s. kimi fiziki mənbələr, eyni zamanda müəyyən insanlar da ola bilər.
Təsirliliyi – Biliklər informasiyalardan fərqli olaraq təsir qüvvəsinə malikdir. Onlar əsasında qərarlar formalaşır və qəbul olunmuş qərarlar əsasında digər insanların həyatında, cəmiyyətdə dəyişikliklər baş verir. İnsanların bilikləri əsasında verdikləri qərarlar yeni strukturların yaranmasına, layihələrin və proselərin istiqamətinin dəyişməsinə xidmət edir.
Digər bir önəmli məqam insanın əldə etdiyi biliklərlə onun gəlirləri əsasında mütənasiblikdir. Hər bir insan öz biliklərini artırdıqca, təhsilini artırdıqca gəlirlərini də artırmış olur. İnsanın öz təhsilini artırmasına sərf etdiyi investisiya ən yüksək divident gətirən ən rentabelli investisiyalardandır. Bu mütənasibliyin nəticələrini mən öz təcrübəmdə gördüyüm üçün hər zaman təlimlərim zamanı da tələbələrimə tövsiyyə etdiyim ən vacib məqamlardandır.