пятница, 4 сентября 2015 г.

İnformasiya və biliklər arasındakı incə xətt

Qüvvət elmdədir başqa cür heç kəs,
heç kəsə üstünlük eyləyə bilməz.
N. Gəncəvi
        Hər bir insan bu dünyaya ağ bir vərəq kimi gəlir və zamanla bu vərəq üzərində yazılanlar onun dünya görüşünü, düşüncə tərzini, həyatda əldə etdiklərini müəyyən edir. İnsan yaşamı ərzində gördükləri, oxuduqları, eşitdikləri məlumatlar əsasında müxtəlif informasiyalar əldə edir ancaq həmin informasiyaları biliklərə çevirmək və onlardan istifadə etmək növbəti addımlardır. Bilikləri informasiyadan fərqləndirən 3 əsas xüsusiyyətini Sizinlə bölüşmək istərdim:
Müəyyən struktura malik olması – Xüsusilə XXI əsr informasiya dövründə gün ərzində müxtəlif məlumatları müxtəlif mənbələrdən əldə edirik. Əgər on il öncə məlumatları biz özümüz axtarıb əldə
etmək istəyirdiksə bu gün onlar hər yerdədir. Bu məlumatlar içərisində faydalı olan və sadəcə bizim zamanımızı almağa xidmət edənləri vardır. Bu baxımdan insan şüurunun üzərinə düşən əsas məqsəd bu məlumatları strukturlaşdırmaq onları faydalı biliklərə çevirməkdir.
Dəqiq və lokanikliyi – Biliklər artıq emal olunmuş məlumatlar olduğu üçün onlar dəqiqliyi ilə seçilir. Yəni insanın bir birinə zidd olan iki məlumatı saxlaması onun artıq yüklənməsinə gətirib çıxarır. Məlumatları əldə etdikcə onların doğru olanı barədə qərar verib ziddiyyət təşkil edən məlumatları bir kənara qoymaq lazımdır. Həmçinin bu məlumatlar əsasında informasiya mənbələri əsasında da fikir formalaşır. Bu həm televiziya, radio, qəzetlər və s. kimi fiziki mənbələr, eyni zamanda müəyyən insanlar da ola bilər.
Təsirliliyi – Biliklər informasiyalardan fərqli olaraq təsir qüvvəsinə malikdir. Onlar əsasında qərarlar formalaşır və qəbul olunmuş qərarlar əsasında digər insanların həyatında, cəmiyyətdə dəyişikliklər baş verir. İnsanların bilikləri əsasında verdikləri qərarlar yeni strukturların yaranmasına, layihələrin və proselərin istiqamətinin dəyişməsinə xidmət edir.
Digər bir önəmli məqam insanın əldə etdiyi biliklərlə onun gəlirləri əsasında mütənasiblikdir. Hər bir insan öz biliklərini artırdıqca, təhsilini artırdıqca gəlirlərini də artırmış olur. İnsanın öz təhsilini artırmasına sərf etdiyi investisiya ən yüksək divident gətirən ən rentabelli investisiyalardandır. Bu mütənasibliyin nəticələrini mən öz təcrübəmdə gördüyüm üçün hər zaman təlimlərim zamanı da tələbələrimə tövsiyyə etdiyim ən vacib məqamlardandır.

Комментариев нет:

Отправить комментарий