Konsultant, trener, kouç fərq nədir?

 Konsultant, trener və kouç yanaşma tərzləri ilə bir birindən fərqlənirlər. Əgər Siz biznesinizdə, həyatınızda rastlaşdığınız hər hansı bir problemə hazır həll yolu axtarırsınızsa o zaman bunun üçün Sizə daha yaxşı konsultant kömək edə bilər. Belə ki, bu şəxs öz təcrübəsinə və biliklərinə əsaslanaraq Sizə hazır həll yolu təklif edəcəkdir ki, bunu tətbiq etməklə Siz yaranmş konkret problemi həll edəcəksiniz. Konsultant yanaşmasında Siz hazır həlləri qəbul edən qismindəsiniz. Bu zaman bir çox hallarda Siz özünüzə hər hansı yeni bir bacarıq və ya bilik əldə etmiş olmursunuz. Sadəcə probleminizi yaxşı məbləğdə pul verməklə həmin məqam üçün həll etmiş olursunuz. Konsaltinq yanaşmasında əgər "Mən bilirəm sənə necə kömək etmək olar" məsajı üzərində qurulursa, kouçinq yanaşması "Sən özün bilirsən özünə necə kömək edə bilərsən" yanaşması mövcud olur ki, kouç sadəcə Sizi həmin o çıxış yoluna yönəldir.
Əgər hər hansı bir sahədə bilik və bacarıqlarınızı artırmaq və ya inkişaf etdirmək istəyirnizsə, eyni zamanda yeni bacarıqlar əldə etmək istəyirsinizsə, o zaman təbii ki, bunda Sizə müvafiq sahə üzrə trener (təlimçi) köməklik edə bilər. Bu sahə oxuculara daha çox tanışdır belə ki, digər qeyd olunanlardan fərqli olaraq ölkəmizdə müxtəlif sahələrdə təlimlər təklif edən bir çox şirkətlər vardır. Bəlkədə oxucuların bir çoxu müxtəlif mövzularda təlimlərdə də iştirak etmişdir. Təlimçinin yanaşması "Bilmirsən? öyrədərik" olursa, bundan fərqli olaraq kouçun yanaşması "Bilmirsən? inanmıram" olur. Beləliklə kouç insana öz istedadlarını kəft etməyə və potensialını aşkarlamağa yönləndirir.
Təlim və konsultinqdən fərqli olaraq kouçinq ölkəmiz üçün yeni bir anlayışdır. Bir çox hallarda hətta əlavə biliklər və məlumatlar, çox illik təcrübə kouça mane ola bilir ki, ona fayda vermir. Çünki, kouç hazır həllər təklif etməməli və ya nəyisə öyrətməməlidir.
Təlimçinin məqsədi əgər öyrətmək olursa, kouçun məqsədi daha çox kouçinq sesiyası iştirakçısının dərk etməsi olur. Kouç daha çox insanın daxili dünyasına işıq salan bir güzgüdür. O Sizə daxilinizdə
olan yeni resursların aşkarlanmasında dəstək olur. Daxilinizdə hər hansı məqsədə doğru gedən yolların görünməsi, motivatorların müəyyən olunmasına şərait yaradır. Bir çox vəziyyətlər barədə düşünərkən, onların həlli yolları, onların əldə olunması üçün resurslar dərhal insanın ağlına gəlmir və ya insan daha az resurslara malik olduğunu düşünür, öz imkanlarını yetərincə qiymətləndirmir. Bu halda kouç dorğru suallar verməklə, doğru yönləndirmələrlə həmin resurslara işıq salır ancaq bu halda belə insan öz daxili dünyasını özü daha yaxşı bildiyi üçün həmin resursları, həmin həll yollarını özü tapır.
Əgər təlim prosesində təlimçi müəyyən bilikləri verir və auditoriya həmin bilikləri qəbul edirsə, kouçinq sesiyalarında əksinə proses baş verir. Biliklər, məlumatlar auditoriyadan daxil olur, kouç isə səsləndirilən, açılan yeni imkanları dərk etməyə köməklik edir. Kouçinq qrup sesiyaları dirijorun musiqiçiləri idarə etməsinə bənzəyir. Hər bir musiqiçi ifa etdiyi musiqi alətinin mütəxəssisidir. Dirijor sadəcə onların bir biri ilə harmoniyada səslənməsini təmin edərək bəstəkarın yazdığı sənət əsərinin möhtəşəm səslənməsini və insanlara zövq verməsini təmin edir.
Eyni zamanda kouçinq və terapiyanı da bir biri ilə qarışdırmamaq lazımdır. Belə ki, psixoloji terapiya adətən keçmişlə işləyir yəni keçmişdə baş vermiş travmaları araşdıraraq onların bu günə olan təsirlərini azaltmağa çalışır və nəticədə insanının bu gün mövcud olan emosional vəziyyətini yaxşılaşdırır. Kouçinq isə gələcəklə işləyir. Sizin uğurlu təcrübələrinizə aksent edərək, nəticələrini sizin üçün aşkar edib, məqsədlərinizin Sizin tərəfinizdən müəyyən olunaraq onlara gedən yolları cızmanıza dəstək olur. Terapiyada əgər Siz qurban qismində olursunuzsa, kouçinqdə öz həyatınızın, gələcəyinizin müəllifi qismində olursunuz.
Bu yazıda qeyd etdiklərimlə bağlı oxucuların da fikirlərini bilmək istərdim. Xahiş edirəm öz fikirlərinizi komentlərdə qeyd edin bu mövzunu müzakirə edək.

Comments

Post a Comment

Popular posts from this blog

Olduğun kimi yaşa

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?