Posts

Showing posts from December, 2015

Bu dəfəki krizisin bitməsini gözləməyin - bitməyəcək

Image
Keçmişə nəzər saldıqda müxtəlif dövrlərdə təxminən 11 ildən bir krizislərin baş verdiyini və bir-iki il davam edərək sonradan iqtisadi yüksəlişlə müşahidə olunduğunun şahidi olurduq. Lakin əvvəllər baş vermiş, dövri krizislərdən fərqli olaraq bu krizis dövrü deyil sistematik krizisdir. Sistematiklik onun iqtisadiyyat müxtəlif sahələrinə öz təsirini göstərməsində görünür. Bu dəfə baş verən krizisin bitəcəyini gözləmək sadəlöhvlük olardı çünki, bu artıq həm dünya, həmçinin də Azərbaycanda iqtisadiyyatın daxil olduğu bir mühitdir ki, bu uzun müddət belə davam edəcəkdir. Obrazlı desək əvvəlki krizislər əgər qrip və soyuqdəymə xəstəliyi ilə müqayisə olunardısa, bu dəfəki krizis daha çox Diabet xəstəliyi kimidir. Bir çox uzun sürən xəstəliklərdə olduğu kimi krizislərdə də bədənin davamlılığı əhəmiyyətli rola malikdir. Maləsəf bizim iqtisadiyyatımız da bu xəstəliyə hazır deyil. Bu günki iqtisadiyyatımızı xəstə xəstə işə gedən insanlara bənzətmək olar. Effektivliyi aşağı olsa da bir təhər iş…

Doğru müəyyən olunmuş hədəf uğurun yarısıdır

Image
Sizcə əgər bir idmançı nail olmaq istədiyi hədəfi dəqiq görməsə o istədiyinə nail ola bilərmi? Düşünürəm ki, xeyir. Bir çox dünya çempionlarının müsahibələrini dinləyərkən açıq etiraf edirlər ki, hər zaman Dünya birincisi olub Azərbaycan bayrağını ucalara qaldırmaq istəmişəm deyirlər. Eyni yanaşma biznesə də aiddir. Maləsəf bir çox biznesmenlərin məqsədini soruşanda deyirlər "Məqsədimiz biznesimizi inkişaf etdirməkdir". Bunu Avropada hər hansı şirkət direktoru təsisçilər qarşısında desə onu dərhal işdən çıxararlar. İstər biznesinizdə 1 nfərə çalışsın, istərsədə 1000 nəfər bu cür məqsədlə çox uzağa getmək olmaz.
Bəs məqsəd necə formalaşdırılmalıdır ki, onlar mütləq icra olunsun?
Məqsəd mütləq S.M.A.R.T. olmalıdır. SMART məqsəd ingilis sözlərinin baş hərifləri olan Konkret (Specific), Ölçüləbilən (Measurable), İcrası mümkün (Achievable), Aktual (Relevant) və Müəyyən zaman çərçivəli (Time bound) olmalıdır. Məhz bu sistemlə məqsədlərə yanaşma real nəticələr əldə edəcəyiniz məqsə…

Azərbaycan sayağı biznes

Image
Hər bir ölkədə özünəməxsus birnes qurma və aparma qaydaları olduğu kimi Azərbaycanda da biznes adamlarının hər hansı sahədə iş qurma düşüncəsi və biznesi idarəetmə düşüncəsi özünəməxsusdur. Bu barədə uzun uzadı yazmaq əvəzində qısa bir lətifə ilə Azərbaycanlıların biznesə yanaşması barədə yazmaq istərdim. Bir gün Kosmosa bir nəfər göndərmək lazım olur. Əvvəl bir rusu dəvət edirlər deyirlər nə qədər pul versək uçarsınız kosmosa. Deyir 1000 dollar versəniz uçaram. Soruşurlar neynəyəcəksən 1000 dolları? Deyir mən uçuram kosmosa bilmək olmaz nə olacaq orda pulu verəcəyəm ailəmə ki, yerdə dolansınlar. Sonra Yahudidən soruşurlar Siz neçəyə uçarsınız. Deyir 2000 dollar versəniz uçaram. Soruşurlar neynəyəcəksən bu pulu? Deyir 1000 dolları ailəmə verəcəyəm yerdə dolansın, 1000 dolları da özümnən aparacağam bilmək olmaz bəlkə orda bir biznes qurmaq imkanı olar. Nəhayət Azərbaycanlıdan soruşurlar Sən neçəyə uçarsan kosmosa. Deyir 3000 dollar. Soruşurlar neynəyəcəksən bu pulu? Deyir Qardaş 1000 …