пятница, 4 декабря 2015 г.

Azərbaycan sayağı biznes

Hər bir ölkədə özünəməxsus birnes qurma və aparma qaydaları olduğu kimi Azərbaycanda da biznes adamlarının hər hansı sahədə iş qurma düşüncəsi və biznesi idarəetmə düşüncəsi özünəməxsusdur. Bu barədə uzun uzadı yazmaq əvəzində qısa bir lətifə ilə Azərbaycanlıların biznesə yanaşması barədə yazmaq istərdim. Bir gün Kosmosa bir nəfər göndərmək lazım olur. Əvvəl bir rusu dəvət edirlər deyirlər nə qədər pul versək uçarsınız kosmosa. Deyir 1000 dollar versəniz uçaram. Soruşurlar neynəyəcəksən 1000 dolları? Deyir mən uçuram kosmosa bilmək olmaz nə olacaq orda pulu verəcəyəm ailəmə ki, yerdə dolansınlar. Sonra Yahudidən soruşurlar Siz neçəyə uçarsınız. Deyir 2000 dollar versəniz uçaram. Soruşurlar neynəyəcəksən bu pulu? Deyir 1000 dolları ailəmə verəcəyəm yerdə dolansın, 1000 dolları da özümnən aparacağam bilmək olmaz bəlkə orda bir biznes qurmaq imkanı olar. Nəhayət Azərbaycanlıdan soruşurlar Sən neçəyə uçarsan kosmosa. Deyir 3000 dollar. Soruşurlar neynəyəcəksən bu pulu? Deyir Qardaş 1000 sənin, 1000 mənim, 1000 də verərik Rusa uçsun də :) 

Комментариев нет:

Отправка комментария