Bu dəfəki krizisin bitməsini gözləməyin - bitməyəcək

Keçmişə nəzər saldıqda müxtəlif dövrlərdə təxminən 11 ildən bir krizislərin baş verdiyini və bir-iki il davam edərək sonradan iqtisadi yüksəlişlə müşahidə olunduğunun şahidi olurduq. Lakin əvvəllər baş vermiş, dövri krizislərdən fərqli olaraq bu krizis dövrü deyil sistematik krizisdir. Sistematiklik onun iqtisadiyyat müxtəlif sahələrinə öz təsirini göstərməsində görünür. Bu dəfə baş verən krizisin bitəcəyini gözləmək sadəlöhvlük olardı çünki, bu artıq həm dünya, həmçinin də Azərbaycanda iqtisadiyyatın daxil olduğu bir mühitdir ki, bu uzun müddət belə davam edəcəkdir. Obrazlı desək əvvəlki krizislər əgər qrip və soyuqdəymə xəstəliyi ilə müqayisə olunardısa, bu dəfəki krizis daha çox Diabet xəstəliyi kimidir. Bir çox uzun sürən xəstəliklərdə olduğu kimi krizislərdə də bədənin davamlılığı əhəmiyyətli rola malikdir. Maləsəf bizim iqtisadiyyatımız da bu xəstəliyə hazır deyil. Bu günki iqtisadiyyatımızı xəstə xəstə işə gedən insanlara bənzətmək olar. Effektivliyi aşağı olsa da bir təhər işləyib müdriyyətin gözündən düşmək istəmir. Rəhbərlik isə işçinin xəstə olmasına baxmayaraq ona daha çox iş verib, daha çox yükləmək istəyir. Xüsusilə son dövrlərdə həyata keçirilən vergi dəyişiklikləri, cərimə artımları və s. onsuzda xəstə olan iqtisadiyyatın yüklənməsi son nəticədə onun birdəfəlik çökməsinə səbəb ola bilər. Əksinə belə şəraitlərdə xəstə işçini evə göndərmək, sərbəst buraxmaq lazımdır ki, özünü müalicə edib sağaltsın. Vergi yükləri azaldılmalı, kiçik və orta sahibkarlığın inkişafı üçün şərait yaradılmalıdır ki, biznes canlansın. Bu yazıda doğrusu mən makro səviyyədə deyil, mikro səviyyədə tədbirlər barəsində yazmaq isteyirəm.
Krizis şəraitinə uyğunlaşma şirkət və təşkilatlar səviyyəsində sistemli şəkildə bütövlükdə reformasiya aparılmaqla həyata keçirilməlidir. Bu reformasiya mütləq şəkildə son texnoloji inovasiyaların tətbiqi ilə müşayət olunmalıdır. Şirkət daxilində bütün proseslər nəzərdən keçirilməli və maksimum optimallaşdırma həyata keçirilməlidir. Hətta mən deyərdim ki, bu krizis Banklar, Şirkətlər və təşkilatlarda yeni bir strukturun Biznes Proseslərinin optimallaşdırılması strukturunun yaradılmasına şərait yaradacaq. Krizis davamlı olacağına görə optimallaşdırma prosesi də daim davam edəcək bir proses olacaq. Optimalaşma prosesi 3 əsas istiqaməti əhatə etməlidir. 
Birinci istiqamət proseslər zəncirinin nəzərdən keçirilməsi və dublikat strukturların ləğv olunması, oxşar strukturların birləşdirilməsi, mümkün sahələrdə avtomatlaşdırılmanın tətbiq olunması lazımdır.
İkinci istiqamət insan resurslarının təkmilləşdirilməsi, ixtisas və bilik səviyyəsinin artırılması ilə əlaqədardır. Əslində məhz bu şəraitdə bütün güc və vəsaitlər insanlara yönləndirilməlidir. Onları təkmilləşdirmək lazımdır. Belə ki, krizis şəraitdən ən çox insanlar həm psixoloji dəstəyə ehtiyac duyurlar həm də təkmilləşdirilmə ehtiyacları yaranır. Bu ehtiyaclar ödənildikdə şirkət də sağlamlaşır.
Üçüncü istiqamət xidmət və məhsul keyfiyyətinin artırılmasıdır. Krizis şəraitdən bir çox şirkətlər xidmət mütəxəsislərini ixtisar edərək, məhsulun keyfiyyətini aşağı salaraq qiyməti aşağı salmağa çalışırlar. Ancaq bu prosesdə qaliblər bu prosesin əksini edənlər olur. Nəticədə insanlar xidmət və məhsul keyfiyyətini təmin edən şirkətlərə yönəlir ki, onların effektivliyi daha da artmış olur.
Bir məqamı qeyd etmək istərdim ki, krizis heç də dəhşətli bir proses deyil. Bu bir şəraitdir ki, ona uyğunlaşmaq və bu şəraitdə optimallaşmaq lazımdır.

Comments

Popular posts from this blog

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa