Posts

Showing posts from 2016

Devalvasiyanın Bank sektorunda yaradacağı yeni sahə

Image
2008-ci ildə yaşanan maliyyə krizisindən sonra ölkəmizdə Bank sektorunda yeni sahə yarandı - Risklərin İdarə edilməsi. Bu sahənin tənzimlənməsi ilə bağlı Mərkəzi Bank tərəfindən 09.12.2013-cü il tarixində “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” qəbul olundu. Bu gün bütün Banklarda Risklərin İdarə edilməsi departamentləri mövcuddur. Bu sahənin yaranması Bank sektorunun inkişafında çox əhəmiyyətli rola malik olmuşdur. Risklərin idarə edilməsi dünyasından sadə bir nümunəni demək istərdim. 2005-ci illərdə Banklarda məsrəf orderləri üç nüsxəli kopyalanan çeklərdə yazılırdı. Yazıldıqdan sonra manual olaraq sistemə yığılırdı. Bu prosesdə çoxlu sayda əməliyyat riskləri yaranırdı. Belə ki, müştərinin hesabında vəsaiti əməliyyatçı yanlış görsə və pul olmadan məsrəf yazsa və ya rəqəmin birini səhv yazsa müştəriyə az və ya daha pis, artıq pul verə bilərdi ki, bu da Bank üçün zərərlə nəticələnirdi. Məhz Risk strukturu formalaşdıqdan sonra bütün bu proseslər nəzərdən keçirildi, risk…

Azərbaycan insanı nə üçün təlimlərə getmir, kitab oxumur?

Image
Artıq 3 ildən çoxdur ki, təlim sektorunda BMG International şirkəti olaraq fəaliyyət göstəririk. Çoxsaylı həm ödənişli, həm də ödənişsiz təlimlər keçirmişik. Bu günədək keçirdiyimiz təlimlərin əksəriyyəti korporativ təlimlər olub. Yəni şirkətlər pulunu ödəyib və işçilərini təlimlərə göndərib. Bir çoxları hətta bu halda belə iş yerində rəhbərlik tərəfindən söz gəlməsin deyə təlimə gəlib iştirak ediblər. Azərbaycan gəncinin və ümumilikdə insanının öz cibindən pul verib gəlib təlimdə iştirak etməsi çox nadir rast gəlinən bir haldır. Çox rast gəlmişəm ki, gedib 150 manat son pulunu verib restoranda oturub dostlarla yeyib içir. Ancaq 50 manatı öz inkişafı üçün verib təlimdə iştirak etmir. Həmçinin bizim millət eyni səbəblərdən kitab oxumağı da sevən deyil. Bəs görəsən bu səbəblər nədir? Niyə Azərbaycanda müvəqqəti, ötüb keçən və heç bir faydası olmayan şeylərə pul verib, inkişafa səbəb olan təlimlərə, kitablara maraq göstərilmir? Bu məsələni araşdırmaq üçün mən bir çox gənclərlə, tanıdığı…

Şəbəkə Marketinqi fırıldağı

Image
Bir çox insanlar, xüsusilə də Azərbaycanda maləsəf Şəbəkə Marketinqini fırıldaq, piramida və s. kimi sözlərlə assosiasiya edirlər. Əslində isə Şəbəkə Marketinqi çox effektiv satışın motivasiyası alətlərindən biridir.
Bəs görəsən bu sistem nə zamandan yaranıb?
Şəbəkə Marketinqi Karl Renborqun adı ilə bağlıdır. XX əsrin əvvəllərində o qida əlavələrinin hazırlanması ilə məşğul olurdu. Bir çox insanlar qida əlavələri almaq üçün onun yanına gəlir, sullar verirdilər. Karlın öz zaman resursları kifayət etmədiyi üçün o dostlarından kömək istəyir və müştərilərinə qida əlavələri ilə bağlı məlumat verməyi xahiş edir. Bunun əvəzində də onlara satılmış mallara görə komisyon ödəyir. Sonra dostlarının dostlarına da eyni qazanc imkanlarını təklif edir. Beləliklə 1934-cü ildə Karl Renborq Şəbəkə sistemi ilə çalışan "California Vitamins" şirkətini yaradır. Bu şirkətdə tətbiq etdiyi sistem sayəsində qida əlavələrinin istifadəçiləri həmçinin onun distributerinə çevrilirdi. Bununla da şirkət re…

Azersun Holdinq baredə həqiqətlər

Image
Azərsun Holdinq barədə son günlərdə mətbuatda səslənən qərəzli məlumatları oxuduqca, xüsusilə bu fikirləri dövlət nümayəndələrinin dilindən eşitmək xüsusilə təəssüf hissi doğurur. Bu şirkətdə çalışmış və dəfələrlə Abdolbari bəylə görüşlərdə iştirak etmiş və onun fikirlərini dinləmiş bir insan kimi deyə bilərəm ki, bu şirkət deyilənlərin heç birinə layiq deyil. Azersun Holdinq Azərbaycan qida sektorunu qurub yaradan, bu sektorda keyfiyyət standartları müəyyən edən nadir şirkətlərdəndir. Bir çoxları kimi Azərsun bütün satışını hazır məhsulların müxtəlif ölkələrdən gətirilməsi ilə müxtəlif xarici ölkələrə xeyir vermək əvəzinə mümkün qədərində ölkə daxilində istehsalın təşkil olunması və bununla nəinki yerli istehsalın stimullaşdırılması eyni zamanda yeni iş yerlərinin yaradılması insanların işlə təmin olunmasına çalışmışdır.Azərsun Holdinqdə iş mühiti, işçiyə münasibət bir başqa mövzudur. Bu sahədə bir çox şirkətlərə nümunə ola biləcək şəkildə təşkil olunmuşdur. Bunun nəticəsidir ki, bu…

1981 - 1986-ci illər arası dünyaya gəlmiş əfsanəvi nəsil

Image
Bu illər arasında dünyaya gələn və bu gün 30-35 yaşlar aralığında olan nəsil bilik, dünya görüşü və köhnə vasitələrdən, yeni texnoloji vasitələrə keçidlər baxımından digərlərindən fərqlənir. Məhz bu nəsil ölkəmizin sabahında, bu gün mövcud olmayan orta təbəqəni, orta nəsli formalaşdıracaqdır. Bu yazımda mən bu nəslin uşaqlıqdan bu günə gördükləri, yaşadıqlarını və gələcəkdə görəcəkləri barəsində təxminlərimi yazacağam. Mən özüm də taleyin hökmü ilə bu aralıqda anadan olduğum üçün məqalədə "bizim nəsil" ifadəsindən çox istifadə edirəm. Birinci onu qeyd edim ki, bizim uşaq vaxtlar oynadığımız oyuncaqlar və oyunlar fərqli idi. Bizim bu günkü inkişafımızda və dünyaya baxışımızda onların rolu az deyil. Oyuncaqların (samakat, raqatka, rezinli avtomatlar və s.) əksəriyyətini elə özümüz düzəldərdik. Bu samakatı bu gün uşaqlığını yaşayan övladımıza düzəldib sürməsini istəsən, deyər nəyimə lazımdır. Ondansa mən PlayStore, Apple store-dən maraqlı oyunlardan köçürüb oynayaram. Bizim uş…