Posts

Showing posts from March, 2016

Devalvasiyanın Bank sektorunda yaradacağı yeni sahə

Image
2008-ci ildə yaşanan maliyyə krizisindən sonra ölkəmizdə Bank sektorunda yeni sahə yarandı - Risklərin İdarə edilməsi. Bu sahənin tənzimlənməsi ilə bağlı Mərkəzi Bank tərəfindən 09.12.2013-cü il tarixində “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” qəbul olundu. Bu gün bütün Banklarda Risklərin İdarə edilməsi departamentləri mövcuddur. Bu sahənin yaranması Bank sektorunun inkişafında çox əhəmiyyətli rola malik olmuşdur. Risklərin idarə edilməsi dünyasından sadə bir nümunəni demək istərdim. 2005-ci illərdə Banklarda məsrəf orderləri üç nüsxəli kopyalanan çeklərdə yazılırdı. Yazıldıqdan sonra manual olaraq sistemə yığılırdı. Bu prosesdə çoxlu sayda əməliyyat riskləri yaranırdı. Belə ki, müştərinin hesabında vəsaiti əməliyyatçı yanlış görsə və pul olmadan məsrəf yazsa və ya rəqəmin birini səhv yazsa müştəriyə az və ya daha pis, artıq pul verə bilərdi ki, bu da Bank üçün zərərlə nəticələnirdi. Məhz Risk strukturu formalaşdıqdan sonra bütün bu proseslər nəzərdən keçirildi, risk…

Azərbaycan insanı nə üçün təlimlərə getmir, kitab oxumur?

Image
Artıq 3 ildən çoxdur ki, təlim sektorunda BMG International şirkəti olaraq fəaliyyət göstəririk. Çoxsaylı həm ödənişli, həm də ödənişsiz təlimlər keçirmişik. Bu günədək keçirdiyimiz təlimlərin əksəriyyəti korporativ təlimlər olub. Yəni şirkətlər pulunu ödəyib və işçilərini təlimlərə göndərib. Bir çoxları hətta bu halda belə iş yerində rəhbərlik tərəfindən söz gəlməsin deyə təlimə gəlib iştirak ediblər. Azərbaycan gəncinin və ümumilikdə insanının öz cibindən pul verib gəlib təlimdə iştirak etməsi çox nadir rast gəlinən bir haldır. Çox rast gəlmişəm ki, gedib 150 manat son pulunu verib restoranda oturub dostlarla yeyib içir. Ancaq 50 manatı öz inkişafı üçün verib təlimdə iştirak etmir. Həmçinin bizim millət eyni səbəblərdən kitab oxumağı da sevən deyil. Bəs görəsən bu səbəblər nədir? Niyə Azərbaycanda müvəqqəti, ötüb keçən və heç bir faydası olmayan şeylərə pul verib, inkişafa səbəb olan təlimlərə, kitablara maraq göstərilmir? Bu məsələni araşdırmaq üçün mən bir çox gənclərlə, tanıdığı…