вторник, 26 декабря 2017 г.

Kriptovalyuta - innovasiya yoxsa qlobal planın bir parçası

Kriptovalyuta və blokçeyn texnologiyaları ilə bağlı araşdırmalar zamanı maraqlı məlumatlarla rastlaşdım. Onları sizinlə də bölüşmək qərarına gəldim.
Bildiyiniz kimi kriptovalyuta, xüsusilə bitcoin sön dövrün ən geniş müzakirə olunan, araşdırılan mövzularındandır. Bu sahənin tam yeni bir ideya olduğu düşüncəsi var ancaq sən demə hələ 30 il bundan öncə 1988-ci ildə The Economist jurnalının 9 Yanvar tarixli 306 saylı buraxılışında, 9-10-cu səhiflərdə "Feniksə hazır olun" (Get Ready for the Phoenix) adlı bu texnologiyanın tətbiq olunacağı barəsində bir məqalə dərc olunmuşdu. Öz də bu o dərəcədə vacib məlumat olub ki, jurnalın üz qabığında da bu barədə aşağıdakı formada bir vizual yerləşdirilib. Hələ məqaləyə keçməmişdən, ancaq vizuala baxaraq coinun bu cür dəqiq təsvir olunması və bu innovativ yanaşmanın maraqlı vizual təsviri diqqəti cəlb edir. 
Həmin məqalədən bir sıra məqamları Sizin diqqətinizə təqdim edirəm:
"THIRTY years from now, Americans, Japanese, Europeans, and people in many other rich countries, and some relatively poor ones will probably be paying for their shopping with the same currency. Prices will be quoted not in dollars, yen or D-marks but in, let’s say, the phoenix. The phoenix will be favoured by companies and shoppers because it will be more convenient than today’s national currencies, which by then will seem a quaint cause of much disruption to economic life in the last twentieth century."
Yuxarıda qeyd olunur ki, 30 il sonra yəni bir həftə sonra qədəm qoyacağımız 2018-ci ildə bir çox qabaqcıl ölkələrin Amerikanlar, Yaponlar və Avropalılar, həmçinin bir sıra kasıb ölkələrdə ödənişlərdə xüsusi valyuta istifadə ediləcək. Bu alış verişin dəyəri nə dollarda, nə yendə nə də markla ölçüləcək, belə desək fenixlə qiymətləndiriləcək. Fenix bir çoxlarının sevimli valyutası olacaq çünki, o milli valyutalardan daha rahat olacaq ancaq iqtisadi yanaşmaları pozduğuna görə o qəribə qarşılanacaq. Abzasdan da göründüyü kimi əslində bu gələn il bizləri gözləyən bir innovasiyadan bəhs etsədə, mənim fikrimcə onun test variantı olan Bitcoinun işləmə mexanizmi və yanaşmasını çox xatırladır. 
Məqalədə həmçinin qeyd olunur ki, Feniks dövründə milli valyutalar öz dəyərini itirəcək. Faktiki olaraq milli monetar siyasət deyə bir anlayış olmayacaq. Monetar idarəetmə mərkəzi maliyyə orqanı olacaq - böyük ehtimalla bu Beynəlxalq Valyuta Fondu (BMK ingilis dilində - IMF - International Monetary Fund) - qurum tərəfindən tənzimlənəcək. Feniks zonasına daxil olmuş hər bir ölkə öz daxildə inflyasiya dərəcəsini, vergilərini özü tənzimləyə biləcək. Ancaq faktiki olaraq bu zonada olan ölkələr özləri valyuta emisiya etməyəcək. Onlar valyutanı BMK-dan borc olacaqlar. Bununla da ölkələr məqalədə qeyd olunana görə öz borclanma planlarına daha ciddi yanaşıb onu daha düzgün idarə edəcəklər. 
Feniksin dünya iqtisadiyyatına inteqrasiyası əsasən fərdi sahibkarlar arasında bu valyutanın aktiv təşfiq olunması ilə həyata keçiriləcək. Həmçinin öz elektron portmanatları vasitəsilə insanlar bu feniks birliyinin formalaşmasına səs verəcəklər. İlkin dövrdə feniks digər valyutalarla paralel inkişaf edəcək ancaq zamanla feniksin dəyəri digər valyutalara nisbətdə o qədər yüksələcək ki, insanlar daha çox feniksə etibar edəcəklər.
Məqaləni orijinalda oxuduqda doğrusu 30 il sonrası yəni bu günümüz üçün qeyd olunan bu planların, yaşadığımız həyatda bariz nümunələrini görmək marağıma səbəb oldu. Əslində çox da uzun məsafədə deyilik qeyd olunan proseslərdən. 2018-ci ildə Allahın izni ilə yaşayıb, olacaqların şahidi olacağıq. Bu yazı ilə qeyd olunan məlumatı Sizlərlə də bölüşdüm ki, məqalənin sonunda da qeyd olunduğu kimi "It is a growth-crippling prospect. Pencil in the phoenix for around 2018, and welcome it when it comes."  biləsiniz ki, bu proses başlayanda bu çox perspektivli bir coin olacaq, ona investisiya etməyə dəyər.
Bu arada coinmarketcap-da Phoenix adlı bir coin var. Amma onu araşdırmışıam 2013-cü ilin May ayında yaradılmış Decentralized bir coindur. Bu Phoenix məqalədə bəhs edilən deyil. 
Yaşayaq görək!

Mənbə:
http://www.zerohedge.com/news/2017-07-09/economist-get-ready-world-currency-2018

суббота, 9 декабря 2017 г.

NEM kriptovalyutasının qiyməti ən yüksək həddə qalxıb amma diqqətli olun


Dünən NEM (XEM) kriptovalyutasının qiyməti ən yüksək həddə 0.58 usd civarında bir qiymətə qalxmışdır. Qeyd edim ki, bu kriptovalyutanın qiyməti 0.25 usd civarında olmuşdur. Bunun nəticəsində bu kriptovalyuta reytinqlərdə top onluğa daxil olmuşdur. Bunun səbəbləri barəsində araşdırmalarımın nəticələrini Sizinlə də paylaşmaq istərdim.

Bu yüksəliş NEM barəsində məlumatları yayımlayan Inside NEM qrupu tərəfindən əsasən Çində aktiv istifadə edilən WeChat mesenger proqramı üçün application yaradılması barəsində xəbəri ilə bağlı idi. Bu məsələ ilə bağlı CNN-in də müstəqil olaraq məlumat yayımlaması investorların böyük
həcmdə bu kriptovalyutaya investisiya etməsinə səbəb olmuşdur.

Ancaq Çinin texnologiya konqlameratı WeChat yaradıcıları Tencent tərəfindən bu məlumat qəbul olunmamışdır. Yəni bu yayılmış xəbərin yanlış olduğunu bildirir. Buna baxmayaraq bu gün investisiya dünası kriptovalyutalar sahəsində çox həssas olduğu üçün yayımlanan xəbərlər nəticəsində bazarda ciddi dəyişikliklərə səbəb olurlar.

Önümüzdəki günlərdə NEM qiyməti böyük ehtimalla korreksiya olunacaqdır. Onun üçün indiki mərhələdə investisiya etməyin. Yüksək qiymətə aldığınız coinlar qiymətdən düşə bilər. Yaxud aldığınız NEM varsa indi satın qiyməti düşəndə yenidən alarsınız.

Ümumilikdə NEM mən çox perspektivli bir kriptovalyuta hesab edirəm. Ödəmə sistemi olaraq NEM 2018-ci ildə çox inkişaf edəcəkdir. Uzunmüddətli perspektivdə bu kriptovalyutanı almağa dəyər.

пятница, 8 декабря 2017 г.

Kriptovalyuta tranzaksiyalarının icrası niyə gecikir?

Bu gün kriptovalutaların qiymətinin qalxması və bu prosesin bütün dünya üzrə mətbuatda geniş işıqlandırılması nəticəsində geniş kütlələrin kriptovalyutalara özəlliklə Bitcoina aktiv investisiyası ilə nəticələnmişdir. Bununla bağlı demək olar ki, bütün birjalar yüklənmişdir. Bunun da üzərinə birjalar və bir çox mübadilə saytları DDos hücumlarına məruz qalır və xarici mənbələrdə hər gün böyük həcmlərdə Bitcoin və digər kriptovalyutaların oğurluq halları barəsində məlumatlar yayılır. Alış həcmlərinin və nəticədə transaksiyaların çox olması onların növbələrini yaradır ki, son 24 saat ərzində 200 000 -dən artıq transaksiyanın icrası artıq bir gündən çoxdur gözləmədədir. 
Artan bu tələb nəticəsində təbii olaraq Bitcoinun qiyməti ən yüksək həddə - bu gün üçün (08.12.2017 tarixinə )  17 500 dollar həcminə çatmışdır. Daha öncə də proqnozlaşdırdığım kimi bu rəqəmin ilin sonuna 20 000 dolları keçəcəyini düşünürəm. Hər hansı ciddi problemlər olmazsa Bitcoinun qiymətinin gələn ilin sonuna optimistik ssenari ilə 100 000 dollardan, pissimistik ssenari ilə 50 000 dollardan yüksək olacağını düşünürəm. 
Bu gün Bitcoin və top 5-likdə olan digər kriptovalyutalar çox önəmli bir dönəm keçirirlər. Bu yüksək tranzaksiya həcminin qarşılanması gücünün testi dönəmidir. Yalnız son 24 saat ərzində Bitcoin üzrə ticarət həcmi 29 mld dollardan artıq olmuşdur ki, bu hətta bir sıra birjaların fəaliyyətinin dayandırması ilə nəticələnmişdir. Bitcoinun alış imkanı olan böyük birjalardan olan Coinbase birjasında 07 Dekabr tarixində artan alış həcminin nəticəsində birja öz fəaliyyətini dayandırmalı olmuşdur. Hal-hazırda birjanın mühəndisləri bu yüksək tələblərinin qarşılama yolları üzərində çalışırlar.

İcrasında ciddi gecikmələr yaranan digər bir kriptovalyuta Ethereum kriptovalyutasıdır. Crypto Kitties adlı kriptovalyuta əsaslı virtual oyunun viral müvəffəqiyyəti nəticəsində əslində Ethereum öz blockchainin artan tələb həcminin qarşılanması baxımından test etmiş oldu. 
Bütün bu problemlər əslində kriptovalyutaların böyük qlobal həcmləri qarşılamasına hazırlıq baxımından önəmli proseslərdir.
Maraqlı bir sual yaranır: Bütün bu çətinliklər Bitcoin və digər kriptovalyutaların dəyərdən düşməsinə səbəb ola bilərmi?
Düşünürəm ki, qısa müddətli perspektivdə xüsusilə Bitcoin və Ethereumun qiymətində bir az enişlər ola bilər. Ancaq tələb o qədər yüksəkdir ki, yeni alışlar hesabına bu fərq bağlanacaqdır. Düşünürəm Bitcoinun qiymətində təxminən 3000 dollarlıq geriləmə olacaq yəni 14-15 min dollar civarlarına düşəcəkdir. Amma sonra yenidən öz qiymətini bərpa edəcəkdir.
Ciddi azalmanın olmaması həm də onunla bağlıdır ki, bir çox insanlar Bitcoina depozit aləti olaraq baxırlar və vəsaitlərini Bitcoinda uzunmüddətli yerləşdirməyə üstünlük verirlər. Yəni bu gün üçün Bitcoin və bir çox digər kriptovalyutalar hələlik ödəniş vasitəsi kimi geniş qəbul edilmir.
Bu vəziyyətdə diqqəti digər NEM, ZCash, Stellar, MİOTA, LiteCoin, Monero və digər kriptovalyutalara çəkmək istərdim. Əslində bu növbəlilik prosesində dünyanın diqqəti qeyd etdiyim kriptovalyutalara zamanla yönələcəkdir. Xüsusilə Litecoin və ZCashi qeyd etmək istərdim. Yeni ilin qəhrəmanları bu coinlar olacaq. 2018-ci ilin transaksiya lideri isə düşünürəm ki, NEM olacaqdır. Yalnız 2018-ci ildə NEM kriptovalyutasının Rusiya və ətraf regionlar üzrə yayılmasına yaradıcıları tərəfindən 40 milyon dollardan artıq vəsait ayrılmışdır. 
Gecikmələr barəsində isə onu deyim ki, narahat olmağa düşünürəm ki, dəyməz. Aldığınız coinlar hələ elektron portmanatlarınıza daxil olmayıbsa bir az gözləyin. Gəlib çatacaqlar.

среда, 29 ноября 2017 г.

Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycan Bank sektorunda tətbiqi imkanları

Bu gün kriptovalyuta və blokçeyn həm dünya ictimaiyyətində, həmçinin də ölkəmizdə insanlar tərəfindən ən çox maraq doğuran mövzulardandır. Hər keçən günlə bu texnologiyanın tətbiqi istiqamətləri daha da genişləndirilir. Artıq bir çox bizneslər öz idarəetmə sistemlərini dünyada mövcud olan aparıcı blokçeyn platformalarına keçirirlər və bu proses hər gün daha böyük sürətlə inkişaf edir. Bu yazıda mən blokçeyn və kriptovalyuta texnologiyaları, onların Azərbaycan Bank sektoruna inteqrasiyası və eyni zamanda bu inteqrasiya nəticəsində xüsusilə kiçik və orta biznesin maliyələşmə modeli və bunun ümumilikdə iqtisadiyyata müsbət təsirləri barəsində fikirlərimi bölüşürəm. İlk olaraq yazıda bu texnologiyaların məğzini daha yaxından anlamaq üçün onun yaranma zərurətini, sonra kriptovalyutanın nə olması, blokçeynin işləmə mexanizmləri, daha sonra isə onun Azərbaycanda tətbiqi imkanları barəsində məlumatlar yazıda yer almaqdadır.

Kriptovalyutanın yaranma zərurəti
            İnternet yarandıqdan sonra bu texnologiya bir çox sahələrdə həyatımıza inteqrasiya edərək, gündəlik fəaliyyətimizin sürətlənməsinə gətirib çıxarmışdır. Məhz internetin hər kəsə əlçatan olması texnologiyaların bu gün mövcud olan səviyyədə inkişafına şərait yaratmışdır. Bu inkişafın məntiqi davamı olaraq ödəniş sistemləri və ənənəvi pulların da inkişafına ehtiyac duyulurdu. Əslində artıq uzun zamandır xüsusilə inkişaf etmiş ölkələrdə insanlar kağız pul əskinaslarından demək olar ki, istifadə etmir. Ödənişləri plastik kartlar, internet və mobil bank xidmətləri vasitəsilə həyata keçirirlər. Həmçinin dövri olaraq baş verən maliyyə böhranları yeni – məhdud və daha çox tələb təklifə əsaslanan ödəniş alətinin formalaşmasına kəskin tələb yaratmışdı.
Digər tərəfdən dünyanın nəhəng bizneslərindən olan Uber, Facebook və digər elektron bizneslərin yaratdığı bir model var idi ki, düşünürəm blokçeyn və kriptovalyuta yaradıcısı bu biznes modellərindən ilhamlanmışdır. Belə ki, bildiyiniz kimi Uber bir ədəd belə taksiyə malik olmadan dünyanın ən böyük taksi şirkətidir. Bu onun ictimai resurslardan istifadə edərək yəni insanların şəxsi avtomobillərini taksi olaraq istifadəsi üçün müvafiq platforma yaradaraq bu prosesdə əldə etdiyi komissiyalar sayəsində dünyanın global milyarder şirkətinə çevrilmişdir.
Bunun nəticəsi olaraq 2008-ci ildə Satoşi Nakamota ləqəbli şəxs və ya qrup tərəfindən Bitcoin
adlandırdıqları ilk kriptovalyuta dünya ictimaiyyətinə təqdim edildi. Bu açıq bir texnologiya olduğu üçün Satoşi Nakamotonun dərc etdiyi kriptovalyuta mexanizminin sənədi ilə internetdə - bitcoinun rəsmi səhifəsində (https://bitcoin.org/bitcoin.pdf)  tanış olmaq olar. Bu yenilik öz yanaşması və fəlsəfəsi ilə dünya iqtisadi proseslərində və maliyyə modelində ciddi dəyişikliklərə yol açacaq çox fundamental bir yenilikdir.

Kriptovalyuta nədir?

Kriptovalyuta sözünün özündən də göründüyü kimi onun kökündə kriptoqrafiya dayanır. Yəni bu müəyyən bir açarla kodlaşdırılmış bir həlldir. Əldə olunmuş bu kod müəyyən alqoritmin həllidir. Sadə dildə desək məsələn 100 rəqəmini bir alqoritm olaraq düşünün. Bu alqoritmin yaradıcı olaraq mən şərt müəyyən edirəm ki, məsələn yalnız toplama əməliyyatı vasitəsilə mənim alqoritmimin həlli yolu əldə oluna bilər. Bu şərtlə mən yaratdığım alqoritmimin emissiya həcmini müəyyən edirəm. Deyək ki, yalnız toplama əməli ilə 100 rəqəmini almaq üçün toplam 100 həll variantı (məs. 1+99, 2+98, 3+97, 4+96 və s.) var. Bu həll yolları kriptovalyutadır. Təbii ki, ilk dövrdə yaratdığım alqoritmin həlli yollarını tapmaq heç kəs üçün maraqlı olmayacaq və bu işi özüm etməli olacağam (Satoşi Nakamota da eyni addımı etmişdir və bu gün bir milyondan artıq ilk mining olunmuş Bitcoin onda olduğu bildirilir). Kriptovalyuta - kodlaşdırılmış unikal bir həll yoludur. Onu kopyalayıb artırmaq qeyri mümkündür, beləki hər bir həll yolu unikaldır. Zamanla insanlar bu həlli yollarını öz aralarında ödəniş vasitəsi kimi istifadə etməyə razılaşıblar və nəticədə o ödəniş vasitəsinə çevrilib. Yarandığı dövrlərdə təbii ki, bitcoin o qədər də məşhur olmadığı üçün, həmçinin əldə olunması daha asan olduğu üçün onun qiyməti 1 sent civarında idi. Əsasən proqramistlər tərəfindən istifadə olunan bu elektron ödəniş vasitəsi zamanla genişlənməyə başladı və 2013-cü ilin sonlarında artıq onun qiyməti 1000 dollardan çox idi. İnternet məkanında bitcoin əldə etmiş və onun əsasında yüksək həcmdə sərvət əldə etmiş insanlar barədə çoxlu hekayələr var. Bunlardan ən maraqlısı 10,000 bitcoin müqabilində alınmış iki ədəd pizza ilə bağlıdır. Bu kriptovalyuta tarixində ən bahalı pizza hesab olunur. Belə ki, bu günə (30.11.2017) olan məzənnə ilə hesablasaq həmin iki pizzanın qiyməti 99,700,000 dollar təşkil edir J. Ümumilikdə bitcoin alqoritminin 21 mln həlli yolu var. Bu gün üçün bu həlli yolunun artıq 17 mln yaxını mine olunub.

Blokçeyn nədir?

Blokçeyn kriptovalyutadan daha geniş bir anlayışdır. Belə desək kriptovalyuta blokçeyn aysberqinin görünən hissəsidir. Bu texnologiya zamanla daha da geniş analiz olunaraq internet kimi həyatımızın müxtəlif sahələrinə inteqrasiya edəcəkdir. Sadə dildə desək blokçeyn proseslərin avtomatik qeydiyyatı jurnalıdır. Burada proseslər sözündən istifadə etməyimdə səbəb odur ki, blokçeyn tək kriptovalyuta üzrə əməliyyatların qeydiyyatı üçün yox müxtəlif növ aktivlərin qeydiyyatı üçün istifadə edilə bilər. Bu gün bitcoin və digər kriptovalyutalar üzrə aparılan bütün əməliyyatlar müvafiq kriptovalyutanın formalaşdırıldığı blokçeyn platformasında qeydiyyata alınır. Hər bir növbəti əməliyyat əvvəlki ilə bağlantılı şəkildə formalaşdırılaraq dünya üzrə yayılmış maynerlərin komputerlərinin yaddaşında saxlanılır. Blokçeyn hər hansı mərkəzi yoxlama və ya nəzarət mexanizmi olmayan bir texnologiyadır.
Cari sistem

Blokçeyn

Şəkillərdən də göründüyü kimi birincibu gün mövcud olan mexanizmdə mərkəzi banklar və ya qurumlar valyutanın emisiyasını həyata keçirərək onun həcmini tənzimləyirlər. Həmçinin Banklar, köçürmə sistemləri və digər üçüncü tərəflər, ənənəvi pullar üzrə əməliyyatların təsdiqini həyata keçirirlər. Eyni zamanda bütün əməliyyatlar barədə məlumatlar yalnız bu qurumlarda məxvi saxlanılır. Bunun üçün də təbii ki, banklar, köçürmə sistemləri və digər üçüncü tərəf təşkilatları yüksək komissiyalar alırlar. İkinci şəkildə qeyd olunan mexanizmdə təsvir olunan blokçeyn texnologiyasında isə insanlar öz aralarında bağladıqları razılaşmalar əsasında pul köçürmələrini hər hansı üçüncü tərəfin iştirakı olmadan həyata keçirir. Burada hər hansı mərkəzi və ya tənzimləyici orqan yoxdur. Hər bir əməliyyat bütün şəbəkə tərəfindən nəzarətdə saxlanır. Əməliyyatlar isə mədənçilər (miners) tərəfindən təsdiq olunur. Bunun nəticəsində onlar krptovalyuta əldə etmiş (mükafatlandırılmış) olurlar. (Bu mexanizmin məntiqini anlamaq üçün yazının əvvəlində qeyd etdiyim Uber modelini yada salmaq lazımdır. Uber insanların avtomobilindən istifadə edir. İnsanlar öz avtomobilləri ilə xidmət göstərir və göstərdiyi xidmət nəticəsində avtomobil sahibi qazanc əldə edir.) Daha sonra əldə etdikləri həll yolu barəsində avtomatik olaraq blokçeynə daxil olan bütün iştirakçılar (nodes) məlumatlandırılır və onların komputerlərində olan baza yenilənir. Beləliklə hər bir əməliyyat barəsində məlumat kopyalanaraq, mərkəzi server əvəzinə bütün komputerlərdə saxlanılır. Bu blokçeynin çox təhlükəsiz bir texnologiya olmasını təmin edir. Belə ki, hər hansı xaker blokçeyndə həyata keçirilmiş bir əməliyyatı ələ keçirmək istədiyi təqdirdə o bir biri ilə bağlı olan minlərlə, yüzminlərlə əməliyyatı ələ keçirməli olur ki, bu da demək olar ki, qeyri mümkündür.

Hal-hazırda blokçeynin və kriptovalyutaların tətbiqi trendləri 

Hazırda bu sahə nisbətən yeni olduğu üçün bir çox ölkələr kriptovalyuta və ümumilikdə blokçeyn texnologiyalarını araşdırırlar. Onunla işləmə mexanizmlərini formalaşdırmağa çalışırlar. Bir sıra ölkələrdə kriptovalyuta əmtəə kimi qəbul olunaraq ona digər əmtəələr kimi münasibət formalaşdırılır. Digər qrup ölkələrdə ona investisiya aləti kimi baxılır. Ancaq kriptovalyutanı ödəniş vasitəsi kimi qəbul edən ölkələr də vardır. Bunlardan məsələn Almaniyanı misal göstərmək olar. Yaponiyada ümumiyyətlə bitcoin qanuni ödəniş vasitəsi kimi artıq qəbul olunub. Çində məsələn bitcoin ilə əməliyyatlar banklara qadağan olunub, ancaq fiziki şəxslərə icazə verilir. Çin ümumiyyətlə dünyada ən çox sayda bitcoin mədənçiləri (miners) olan ölkələrdəndir. İsveçrədə kriptovalyuta ilə əməliyyatlar və biznes qurulması üçün ən münbit şərait mövcuddur. Bu ölkədə kriptovalyuta xarici valyuta olaraq qəbul olunur. Ukraynada artıq bir çox insanlar öz yığımlarını kriptovalyutaya keçirirlər. Bu da təbii bir haldır belə ki, kriptovalyuta məhdud resurs olduğu üçün onun uzunmüddətli perspektivdə dəyərdən düşməsi və ya hər hansı böhranlara məruz qalması qeyri mümkündür.

Kriptovalyutaların dünyada tətbiq olunan alqı satqı imkanları

Kriptovalyutanın alqı satqısı üçün internet məkanında çoxsaylı onlayn mübadilə alqı, satqı və mübadilə resursları mövcuddur. Onların sayı gündən günə artır. Düşünürəm ki, zamanla kriptovalyutanın alqı satqısı prosesində müəyyən tənzimləmələr tətbiq olunacaqdır. Bu elektron valyuta olduğu üçün onu izləmək və hərəkətlərinə nəzarət etmək kağız pullardan fərqli olaraq daha asandır. Onun üçün daha öncə də qeyd etdiyim kimi hələ nisbətən yeni olduğu üçün alqı satqı prosesinə ciddi nəzarət bir çox ölkələrdə zəifdir, bəzilərində ümumiyyətlə yoxdur.
Banklar kriptovalyutadan çox blokçeynin imkanlarından istifadəyə açıq olmalıdırlar. Belə ki, blokçeyn mövcud bank sistemlərindən daha təhlükəsiz və təkmil nəzarət və qeydiyyat imkanlarına malik olan bir sistemdir. Bir çox böyük Banklar artıq pul köçürmələrində Ripple blokçeyninin tətbiqi ilə bağlı razılaşmalar imzalayıblar. Bu məqamda qeyd edim ki, bitcoindan sonra yaranmış bir sıra qruplar ktiptovalyuta və blokçeyn texnologiyalarının inkişafında ciddi irəliləyişlər əldə ediblər. O ki, qaldı kriptovalyuta əsaslı yeni bankların yaranmasına düşünürəm bu qaçılmaz bir prosesdir. Hətta artıq bir neçə nümunələr təxminən bir ay öncə formalaşıb. Sadəcə kriptovalyuta əsaslı Bank yanaşmasında ənənəvi yanaşmadan fundamental fərqli ciddi dəyişikliklər nəzərə çarpır. Burada fərqli düşüncə formalaşdırmaq önəmlidir. Bu düşüncə kredit verib, müştərilərin əməliyyatlarını həyata keçirib ondan komissiya qazanan bir qurum olaraq deyil, yaşayan, iş görən və inkişaf edən bir insan cəmiyyətinin daha çox resurslara malik olan bir iştirakçısı olmaq və bu cəmiyyətin inkişafı üçün çalışmaq düşüncəsinə keçiddən ibarətdir. Bu düşüncə artıq bir sıra inkişaf etmiş ölkələrdə mövcuddur düşünürəm zamanla ölkəmizdə də formalaşacaqdır.
Ümumiyyətlə kriptovalyutaların qiymət dəyişim trendləri, daha çox hansı mübadilə məntəqələrindən alınması barədə daha geniş məlumatları www.coinmarketcap.com resursundan əldə etmək mümkündür.      

Kriptovalyutanın dəyəri necə formalaşır

Kriptovalyutanın məzənnəsinə təsir edən iki əsas faktor vardır. Birinci faktor çətinlik əmsalıdır. Bu onun sayının məhdud olması ilə əlaqədar olaraq hər yeni kriptovalyutanın əldə edilməsinin, öncəkinin əldə olunmasından daha çətin olması əsasında hesablanan bir əmsaldır. Kriptovalyutanın mədənçiliyi prosesi nə qədər çətinləşərsə onun qiyməti də qalxır. İkinci faktor kriptovalyutaya olan tələbdir. İstifadə həcmi artdıqca kriptovalyutaya olan tələb də artır. Bu da təbii ki, onun qiymətinin qalxmasına gətirib çıxarır.
Bu iki faktorun qarşılıqlı təsiri nəticəsində kriptovalyutanın qiymətində dəyişiklik baş verir.

Kriptovalyuta və blokçeyn texnoloqiyasının Azərbaycan Bank sektorunda tətbiqi
            Bildiyiniz kimi bu gün bir çox insanlar öz vəsaitlərini banklarda depozit olaraq saxlamaqdan çəkinirlər.  Bu da bankların maliyyə resurslarının məhdudlaşdırılmasına və nəticədə bu vəsaitlərin Banklardan, iqtisadiyyatın real sektoruna keçidində ciddi maneələr yaradır. Kriptovalyutaların tətbiqi ilə bu keçidin təmin edilməsi mümkündür.

Bunun üçün Mərkəzi Bank və ya Maliyyə Bazarlarına nəzarət palatası (MBNP) tərəfindən Centralchain adlı mərkəzi blokçeyn yaradıla bilər. Banklara mərkəzi blokçeyn platforması üzərində öz kriptovalyutalarını yaratma imkanı verilir. Banklar yaratdıqaları kriptovalyutaları özləri mining edib, həmçinin resurslarına qənaət etmək üçün əhaliyə mining imkanı yaradaraq emisiyasını həyata keçirə bilər. Emisiya olunmuş kriptovalyutalar mərkəzi bank və ya MBNP tərəfindən müəyyən olunmuş elektron birjada alınıb satıla bilər. Həmçinin Bankların formalaşdırdıqları kriptovalyutalar öz aralarında da alqı satqı oluna bilər. İnsanlar bu kriptovalyutaları manat valyutası müqabilində əldə edərək, aldıqları kriptovalyutaları Banklar tərəfindən analiz olunmuş bizneslərə yatıra bilərlər. Faktiki olaraq Bank bir biznes reytinqi qurumu funksiyasını həyata keçirmiş olur. Həmçinin Banklar bizneslər üçün xüsusi platformalar yaradır və biznesləri, onların investisiya tələb edən layihələrini analiz edərək onlara reytinqlər verir. Bu reytinqlər Bankların səhifələrində paylaşılır. İnsanlar Bankların internet səhifələrinə daxil olaraq, müvafiq identifikası proseslərini keçdikdən sonra orada yayımlanmış biznes layihələrinə öz qərarları əsasında və eyni zamanda Banklar tərəfindən verilmiş reytinqlərə əsaslanaraq investisiyalar edirlər. Biznes sahibləri layihə gəlirinin müəyyən hissəsini investorlara ayırır. Ayrılmış həcm kriptovalyuta investorları arasında investisiya həcmindən aslı olaraq bölüşdürülür. Nəticədə insanlar iki parametr əsasında qərar verirlər. Bu parametrlərdən birincisi Bankların biznesə verdikləri reytinq, ikincisi biznes sahibini verdiyi investisiya gəliri olur. Bankların bu prosesdə qazancı isə bizneslərin investorlarla bölüşdüyü həcmin bir hissəsi və yaxud investorların pul yatırdıqları bizneslə bağlı mümkün itkilərini qaranti etmək hesabına ola bilər. Bütün bu əməliyyatlar Mərkəzi Bankın və MBNP blokçeyni üzərində qeydiyyata alındığı üçün əməliyyatlara avtomatik nəzarət imkanı yaranır.