Posts

Showing posts from July, 2017

Uzunmüddətli kriptovalyuta analizi: Bitcoin, Ethereum, Litecoin, Ripple və Dash

Image
Salam Dostlar,

Kriptovalyuta bazarında olan proseslər barəsində analizləri Sizlələ bölüşmək istərdim. Kriptovalyutaların korreksiyası artıq bir neçə həftədir davam edir. Bu günlərdə hətta Bitcoinda 2000 dollardan aşağı qiymət enişi müşahidə olundu. Uzunmüddətli perspektivdə Bitcoin alışı üçün yaxşı zamandır. Amma yüksəliş trendinin başlanğıcı üçün siqnal aşağıdakı qrafikdə də göründüyü kimi 2200 dollar civarında olan "yüksəliş üçün əsas" xətti olacaqdır.
Bitcoin


















Ethereumda ümumilikdə ən yüksək qiymət həddindən 60%-dək geriləmə müşahidə olunur. Bu təbii ki, Ethereum platformasında olan alt koinlara da öz təsirini göstərmişdir. Amma buna baxmayaraq Ethereum son qiymət enişi zamanı formalaşmış qiymətdən yüksəkdir. Yəni nəticədə yüksəliş trendi davam edir. Ethereum da uzunmüddətli alış üçün yaxşı zamandır. Ancaq qısa müddətli alış etmək istəyənlərə önümüzdəki həftə ərzində qərar vermək daha məsləhətdir.
Ethereum


















Litecoin mənim maraqla izlədiyim valyutalardandır. Doğrusu yenədə dü…

Kriptovalyuta Azərbaycan biznes mühitinin inkişafına xidmət edə bilər

Image
Hörmətli Oxucular,

Bu gün bütün dünyada yeni bir trend başlayıb Kriptovalyuta. Kriptovalyuta barədə daha öncə yazdığım məqalədə tanış ola bilərsiniz. Bu yazıda daha çox onun Azərbaycanda biznes mühitinin inkişafı barəsində fikirlərimi bölüşmək istərdim.

Bunun üçün maliyyə sistemindən mövcud mühitə diqqət yetirmək lazımdır. Bu gün bir çox bizneslər ciddi maliyyə sıxıntıları ilə üzləşirlər. Belə ki, insanlar öz pullarını Banklara etibar etmir, onun üçün də Banklar biznesi maliyələşdirə bilmir. Sahibkarlar yetərincə maliyyə resursları əldə edə bilmədiyi üçün dövriyyələrini genişləndirib, biznesini inkişaf etdirə bilmirlər. Bu da müvafiq olaraq işsizliyin artımı, insanların gəlir səviyyəsinin azalması və müvafiq olaraq da istehlakçıların alış həcminin azalmasına gətirib çıxarır. Bütün bu proseslər öz növbəsində ümumilikdə iqtisadiyyatın zəifləməsi ilə nəticələnir.

Kriptovalyuta biznesin maliyyə vəsaitlərinə əlçatarlığının artmasına xidmət edə bilər. Bunu necə etmək olar sualına cavab ver…