понедельник, 3 июля 2017 г.

Kriptovalyuta Azərbaycan biznes mühitinin inkişafına xidmət edə bilər

Hörmətli Oxucular,

Bu gün bütün dünyada yeni bir trend başlayıb Kriptovalyuta. Kriptovalyuta barədə daha öncə yazdığım məqalədə tanış ola bilərsiniz. Bu yazıda daha çox onun Azərbaycanda biznes mühitinin inkişafı barəsində fikirlərimi bölüşmək istərdim.

Bunun üçün maliyyə sistemindən mövcud mühitə diqqət yetirmək lazımdır. Bu gün bir çox bizneslər ciddi maliyyə sıxıntıları ilə üzləşirlər. Belə ki, insanlar öz pullarını Banklara etibar etmir, onun üçün də Banklar biznesi maliyələşdirə bilmir. Sahibkarlar yetərincə maliyyə resursları əldə edə bilmədiyi üçün dövriyyələrini genişləndirib, biznesini inkişaf etdirə bilmirlər. Bu da müvafiq olaraq işsizliyin artımı, insanların gəlir səviyyəsinin azalması və müvafiq olaraq da istehlakçıların alış həcminin azalmasına gətirib çıxarır. Bütün bu proseslər öz növbəsində ümumilikdə iqtisadiyyatın zəifləməsi ilə nəticələnir.

Kriptovalyuta biznesin maliyyə vəsaitlərinə əlçatarlığının artmasına xidmət edə bilər. Bunu necə etmək olar sualına cavab vermək üçün bir sıra anlayışları nəzərdən keçirmək lazımdır. Birinci anlayış
tokenlər anlayışıdır. Token anlayışı əslində kriptovalyutalardan öncə də var idi. Bu xüsusi avandanlıqlardır hansı ki, hər hansı bir şəxsi identfikasiya edərək onun elektron əməliyyatlarının təsdiqi üçün istifadə olunur. Banklarda internet üzərindən əməliyyat edən bir çox insanlar vaxtilə, bir çoxları indidə bu avadanlıqlardan istiafdə edirlər. Kriptovalyuta dünyasında olan tokenlər də eyni funksiyanı yerinə yetirir sadəcə rəqəmsal formatda. Yəni hər hansı avadanlıq ehtiyacı olmadan. İkinci - Ilkin koin təklifi (İKB) (ICO - initial coin offering)  anlayışıdır ki, bu hissə sahibkarlar üçün xüsusilə maraqlı olacaq. Sadə dildə izah etsək, Siz start up olaraq yeni bir biznes yarada bilərsiniz, yaxud mövcud biznesinizdə yeni bir layihə buraxıb İKB vasitəsilə öz biznesinizə sadə insanlardan heç bir Bank vasitəçi olmadan vəsait cəlb edə bilərsiniz. Bu gün dünya bazarında təklif olunan tokenlər 3 əsas qrupa bölünür. Bunlar İstehlakçı tokenləri, Kapital xarakterli tokenlər və Borc öhdəlikli tokenlərdir.
İstehlakçı tokenləri 
Bu tokenlər onların sahiblərinə şirkət tərəfindən göstərilən məhsulların istifadəçisi olmaq və onları alarkən bu tokenlərdən istifadə etmək imkanı verir. Məsələn Sia faylların və məlumatların saxlanması platformasıdır. Bu platformadan istifadə edərkən Sia koinlardan istifadə etmək mümkündür. Sual yarana bilər ki, niyə hər hansı bir şəxs dollar, manat və yaxud hər hansı digər valyuta ilə deyil Sia koinla ödəmə etməkdə maraqlı olsun? Birinci ona görə ki, bu tokenlərə tələb artdıqca onların qiyməti artır. Yəni Siz daha öncə aldığınız koinlarla daha çox mal və ya xidmət əldə etmiş olursunuz. İkinci qeyd etdiyimiz kimi tokenlər bir identifikasiya alətidir onun üçün daha təhlükəsizdir və ən əsası çox daha ucuzdur. Aşağıdakı müqayisədən də gördüünüz kimi 5 TB disk sahəsi Sia-da aylıq 10 dollara təkli olunaraq digər elektron disk sahələrindən ən az 10 dəfə ucuzdur.

Kapital xarakterli tokenlər
Adından da göründüyü kimi bu tokenlər əsasən aktivlərin formalaşdırılması üçün investisiya xarakterli olur. Yəni onlardan məhsul və xidmətlərin alışı üçün adətən istifadə olunmur. Mövcud maliyyə sistamində onlar səhmlərlə müqayisə oluna bilər. Sahibkar maliyyə vəsaitləri cəlb etmək üçün bu tokenləri buraxır və daha sonra token sahiblərinə əldə olunmuş gəlirin müəyyən hissəsini divident şəklində ödəyir. Məsələn elə daha öncə nümunə gətirdiyim Sia biznesində onlar Sia token sahiblərinə disk sahələrinin icarəsindən gələn gəlirin 3.9%-ni divident şəklində ödəyirlər. Tokenlər investisiya olaraq cəlb olunduqdan sonra onları koinlara çevirmək də mümkündür. Həmçinin bir çox bizneslər əks prosesləri də təklif edirlər.
Borc öhdəlikli tokenlər
Bu tip tokenlər borc xarakterli olaraq onları əldə edən şəxslər öz tokenləri həcminin müəyyən faizi miqdarında faiz qazana bilirlər. Bu tip tokenlərə Steemit tokenlərini misal göstərmək olar. Steem yaradıcıları tərəfindən Steem dollar tokenləri buraxılmışdır ki, onların sahibləri 10% miqdarında faiz qazana bilirlər.

Azərbaycanda da hər hansı biznes sahibi öz tokenlərini yaradaraq heç bir vasitəçi bank olmadan adi şəxslərdən vəsait cəlb edə bilər. Növbəti yazımda yuxarıda qeyd olunan tokenlərin hər biri üzrə onların ilkin təklifi prosesi barəsində yazacağam.

Комментариев нет:

Отправить комментарий