Uzunmüddətli kriptovalyuta analizi: Bitcoin, Ethereum, Litecoin, Ripple və Dash

Salam Dostlar,

Kriptovalyuta bazarında olan proseslər barəsində analizləri Sizlələ bölüşmək istərdim. Kriptovalyutaların korreksiyası artıq bir neçə həftədir davam edir. Bu günlərdə hətta Bitcoinda 2000 dollardan aşağı qiymət enişi müşahidə olundu. Uzunmüddətli perspektivdə Bitcoin alışı üçün yaxşı zamandır. Amma yüksəliş trendinin başlanğıcı üçün siqnal aşağıdakı qrafikdə də göründüyü kimi 2200 dollar civarında olan "yüksəliş üçün əsas" xətti olacaqdır.
Bitcoin


















Ethereumda ümumilikdə ən yüksək qiymət həddindən 60%-dək geriləmə müşahidə olunur. Bu təbii ki, Ethereum platformasında olan alt koinlara da öz təsirini göstərmişdir. Amma buna baxmayaraq Ethereum son qiymət enişi zamanı formalaşmış qiymətdən yüksəkdir. Yəni nəticədə yüksəliş trendi davam edir. Ethereum da uzunmüddətli alış üçün yaxşı zamandır. Ancaq qısa müddətli alış etmək istəyənlərə önümüzdəki həftə ərzində qərar vermək daha məsləhətdir.
Ethereum


















Litecoin mənim maraqla izlədiyim valyutalardandır. Doğrusu yenədə düşünürəm ki, bitcoin krizisi zamanı Litecoin investorların diqqətini cəlb edəcək valyutalardan biri olacaq. Bir çox analitiklər də proqnoz edirdilər ki, Litecoin 58-60 dollar hədəfini bu həftə vuracaq ancaq eniş müşahidə olundu. Ancaq buna baxmayaraq Litecoin öncəki həftələrdə fəth etdiyi zirvələri möhkəm saxlayır. Uzunmüddətli nəzərdə tutulan yüksəklikləri fəth etmədiyi üçün qiymət yüksəlişinin davam edəcəyini demək çətindir. Ancaq 40 dollarlıq yüksəlişi test etməsini gözləmək lazımdır. Litecoin bunu etsə alış etməyə dəyər. Mən yenədə düşünürəm ki, uzunmüddətli perspektivdə Litecoin çox perspektivli valyutalardandır.
Litecoin

















Kriptovalyuta dünyasının ögey övladı Ripple artıq may ayının ortalarından uzunmüddətli konsalidasiya dönəmindədir. Böyük həcmdə satış olmasına baxmayaraq Ripple öz pozisiyalarını saxlamaqdadır. Uzunmüddətli perspektivdə qiymət yüksəlişi olacaqdır və uzunmüddətli alış etmək istəyən investorlar üçün indi yaxşı alış vaxtıdır. Qısa müddətli alqı satqı edənlər üçün isə 0.175 usd səviyyəsini gözləmək məsləhətdir. Bu həddən yuxarı qalxsa qısa müddətli yüksəliş olacaqdır.
Ripple 





















Kriptovalyuta bazarının təlatümlü dönəmlərində mən daha çox arxasında geniş istifadəçi bazası olan (istifadəçi bazası dedikdə onu nəzərdə tuturam ki, koinları ucuz alıb baha satanlar yox, onu alış verişdə istifadə edənləri nəzərdə tuturam) koinlara investisiya etməyə üstünlük verirəm.  Bunlardan biri də Dash kriptovalyutasıdır. İyunun sonundakı 150 dollarlıq eniş qiymətindən aşağı düşməsinə baxmayaraq Dash-ın texniki analizində trend yüksəliş istiqamətində davam edir.
Dash



















Mənbə:
https://hacked.com/long-term-cryptocurrency-update-bitcoin-ethereum-ripple-litecoin-dash/

Comments

Popular posts from this blog

Səmimi hisslər gözəl sözləri, Gözəl sözlər səmimi hissləri yaradır

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Olduğun kimi yaşa