суббота, 5 августа 2017 г.

Bitcoin kriptomübarizədən qalib çıxdı

Bildiyiniz kimi iyul ayı ərzində kriptovalyuta bazarının analistləri və müşahidəçilərinin diqqəti 1 avqusta həyata keçirilməsi nəzərdə tutulan dünyanın ən popular kriptovalyutası Bitcoinun protokolunda nəzərdə tutulan dəyişikliyə yönəlmişdi. Bu protokol yenilənməsi ilə bağlı kriptovalyuta maynerləri camiyyəsi arasında ciddi fikir ayrılıqları var idi və bu da ona gətirib çıxardı ki, faktiki olaraq klassik Bitcoin öz yoluna davam etdi və yeni protokolla çalışan Bitcoin Cash yarandı.

Bölünməyə baxmayaraq bir çoxlarının gözlədiyi kimi Bitcoin öz mövqelərini itirmədi. Hətta artıq coinmarketcap.com-da və bir çox birjalarda gördüyümüz kimi qiyməti artıq 3000 dollardan yuxarıdır. Bu mübarizədən qalib çıxan Bitcoinun qiyməti artıq yüksəliş trendində davam edəcək. Düşünürəm ki, artıq ilin sonunadək ən az 5000 dollarlıq sərhəddi keçəcəkdir. Bunu texnikidən daha çox Fundamental analiz faktorları deməyə əsas verir.
BTC/USD

Bölünmə nəticəsində yaranan Bitcoin Cash kriptovalyutası isə təxminən 12 gün bundan öncə yaranmasına baxmayaraq qısa tarixcəsi ərzində çox ciddi bir yüksəliş göstərdi. Doğrudur Bitcoin Cash kriptovalyutasını heç də bütün birjalar məmnuniyyətlə qəbul etmədi. Bu gün belə bir çox maynerlər Bitcoin Cash qarşı çıxaraq onun öz mövqeyini tuta bilməyəcəyini düşünürlər. Dünyanın ən böyük kriptovalyuta birjalarından olan Coinbase Bitcoin Cashi dəstəkləməmək qərarına gəldi. Eyni zamanda digər bir böyük birjalardan olan Poloniex birjası da Bitcoin Cashi öz birjasına hələdə daxil etməyib.

Halbuki yaranış mərhələsində bir neçə həftə ərzində Bitcoin Cash 700 dollara qədər qiyməti qalxdı. Ancaq onun bu qiyməti saxlamayacağı proqnoz olunan idi belə ki, onun arxasında Bitcoin-da olduğu həcmdə istifadəçi kütləsi yoxdur. Sadəcə qısa zamanda investorların böyük həcmdə investisiyaları sayəsində 10 mlrd dollar kapitalizasiya ilə bu həcmi əldə etmişdi. Bu gün Bitcoin Cash qiyməti 250 dollar civarındadır. Düşünürəm ki, bu qiymət bir az daha düşəcək. Ancaq uzunmüddətli perspektivdə Bitcoin üzrə əməliyyatların təsdiqi sürətində zəifləmə olduqca istifadəçilərin diqqətini Bitcoin Cash cəlb edəcəkdir.


Комментариев нет:

Отправить комментарий