вторник, 26 декабря 2017 г.

Kriptovalyuta - innovasiya yoxsa qlobal planın bir parçası

Kriptovalyuta və blokçeyn texnologiyaları ilə bağlı araşdırmalar zamanı maraqlı məlumatlarla rastlaşdım. Onları sizinlə də bölüşmək qərarına gəldim.
Bildiyiniz kimi kriptovalyuta, xüsusilə bitcoin sön dövrün ən geniş müzakirə olunan, araşdırılan mövzularındandır. Bu sahənin tam yeni bir ideya olduğu düşüncəsi var ancaq sən demə hələ 30 il bundan öncə 1988-ci ildə The Economist jurnalının 9 Yanvar tarixli 306 saylı buraxılışında, 9-10-cu səhiflərdə "Feniksə hazır olun" (Get Ready for the Phoenix) adlı bu texnologiyanın tətbiq olunacağı barəsində bir məqalə dərc olunmuşdu. Öz də bu o dərəcədə vacib məlumat olub ki, jurnalın üz qabığında da bu barədə aşağıdakı formada bir vizual yerləşdirilib. Hələ məqaləyə keçməmişdən, ancaq vizuala baxaraq coinun bu cür dəqiq təsvir olunması və bu innovativ yanaşmanın maraqlı vizual təsviri diqqəti cəlb edir. 
Həmin məqalədən bir sıra məqamları Sizin diqqətinizə təqdim edirəm:
"THIRTY years from now, Americans, Japanese, Europeans, and people in many other rich countries, and some relatively poor ones will probably be paying for their shopping with the same currency. Prices will be quoted not in dollars, yen or D-marks but in, let’s say, the phoenix. The phoenix will be favoured by companies and shoppers because it will be more convenient than today’s national currencies, which by then will seem a quaint cause of much disruption to economic life in the last twentieth century."
Yuxarıda qeyd olunur ki, 30 il sonra yəni bir həftə sonra qədəm qoyacağımız 2018-ci ildə bir çox qabaqcıl ölkələrin Amerikanlar, Yaponlar və Avropalılar, həmçinin bir sıra kasıb ölkələrdə ödənişlərdə xüsusi valyuta istifadə ediləcək. Bu alış verişin dəyəri nə dollarda, nə yendə nə də markla ölçüləcək, belə desək fenixlə qiymətləndiriləcək. Fenix bir çoxlarının sevimli valyutası olacaq çünki, o milli valyutalardan daha rahat olacaq ancaq iqtisadi yanaşmaları pozduğuna görə o qəribə qarşılanacaq. Abzasdan da göründüyü kimi əslində bu gələn il bizləri gözləyən bir innovasiyadan bəhs etsədə, mənim fikrimcə onun test variantı olan Bitcoinun işləmə mexanizmi və yanaşmasını çox xatırladır. 
Məqalədə həmçinin qeyd olunur ki, Feniks dövründə milli valyutalar öz dəyərini itirəcək. Faktiki olaraq milli monetar siyasət deyə bir anlayış olmayacaq. Monetar idarəetmə mərkəzi maliyyə orqanı olacaq - böyük ehtimalla bu Beynəlxalq Valyuta Fondu (BMK ingilis dilində - IMF - International Monetary Fund) - qurum tərəfindən tənzimlənəcək. Feniks zonasına daxil olmuş hər bir ölkə öz daxildə inflyasiya dərəcəsini, vergilərini özü tənzimləyə biləcək. Ancaq faktiki olaraq bu zonada olan ölkələr özləri valyuta emisiya etməyəcək. Onlar valyutanı BMK-dan borc olacaqlar. Bununla da ölkələr məqalədə qeyd olunana görə öz borclanma planlarına daha ciddi yanaşıb onu daha düzgün idarə edəcəklər. 
Feniksin dünya iqtisadiyyatına inteqrasiyası əsasən fərdi sahibkarlar arasında bu valyutanın aktiv təşfiq olunması ilə həyata keçiriləcək. Həmçinin öz elektron portmanatları vasitəsilə insanlar bu feniks birliyinin formalaşmasına səs verəcəklər. İlkin dövrdə feniks digər valyutalarla paralel inkişaf edəcək ancaq zamanla feniksin dəyəri digər valyutalara nisbətdə o qədər yüksələcək ki, insanlar daha çox feniksə etibar edəcəklər.
Məqaləni orijinalda oxuduqda doğrusu 30 il sonrası yəni bu günümüz üçün qeyd olunan bu planların, yaşadığımız həyatda bariz nümunələrini görmək marağıma səbəb oldu. Əslində çox da uzun məsafədə deyilik qeyd olunan proseslərdən. 2018-ci ildə Allahın izni ilə yaşayıb, olacaqların şahidi olacağıq. Bu yazı ilə qeyd olunan məlumatı Sizlərlə də bölüşdüm ki, məqalənin sonunda da qeyd olunduğu kimi "It is a growth-crippling prospect. Pencil in the phoenix for around 2018, and welcome it when it comes."  biləsiniz ki, bu proses başlayanda bu çox perspektivli bir coin olacaq, ona investisiya etməyə dəyər.
Bu arada coinmarketcap-da Phoenix adlı bir coin var. Amma onu araşdırmışıam 2013-cü ilin May ayında yaradılmış Decentralized bir coindur. Bu Phoenix məqalədə bəhs edilən deyil. 
Yaşayaq görək!

Mənbə:
http://www.zerohedge.com/news/2017-07-09/economist-get-ready-world-currency-2018

суббота, 9 декабря 2017 г.

NEM kriptovalyutasının qiyməti ən yüksək həddə qalxıb amma diqqətli olun


Dünən NEM (XEM) kriptovalyutasının qiyməti ən yüksək həddə 0.58 usd civarında bir qiymətə qalxmışdır. Qeyd edim ki, bu kriptovalyutanın qiyməti 0.25 usd civarında olmuşdur. Bunun nəticəsində bu kriptovalyuta reytinqlərdə top onluğa daxil olmuşdur. Bunun səbəbləri barəsində araşdırmalarımın nəticələrini Sizinlə də paylaşmaq istərdim.

Bu yüksəliş NEM barəsində məlumatları yayımlayan Inside NEM qrupu tərəfindən əsasən Çində aktiv istifadə edilən WeChat mesenger proqramı üçün application yaradılması barəsində xəbəri ilə bağlı idi. Bu məsələ ilə bağlı CNN-in də müstəqil olaraq məlumat yayımlaması investorların böyük
həcmdə bu kriptovalyutaya investisiya etməsinə səbəb olmuşdur.

Ancaq Çinin texnologiya konqlameratı WeChat yaradıcıları Tencent tərəfindən bu məlumat qəbul olunmamışdır. Yəni bu yayılmış xəbərin yanlış olduğunu bildirir. Buna baxmayaraq bu gün investisiya dünası kriptovalyutalar sahəsində çox həssas olduğu üçün yayımlanan xəbərlər nəticəsində bazarda ciddi dəyişikliklərə səbəb olurlar.

Önümüzdəki günlərdə NEM qiyməti böyük ehtimalla korreksiya olunacaqdır. Onun üçün indiki mərhələdə investisiya etməyin. Yüksək qiymətə aldığınız coinlar qiymətdən düşə bilər. Yaxud aldığınız NEM varsa indi satın qiyməti düşəndə yenidən alarsınız.

Ümumilikdə NEM mən çox perspektivli bir kriptovalyuta hesab edirəm. Ödəmə sistemi olaraq NEM 2018-ci ildə çox inkişaf edəcəkdir. Uzunmüddətli perspektivdə bu kriptovalyutanı almağa dəyər.

пятница, 8 декабря 2017 г.

Kriptovalyuta tranzaksiyalarının icrası niyə gecikir?

Bu gün kriptovalutaların qiymətinin qalxması və bu prosesin bütün dünya üzrə mətbuatda geniş işıqlandırılması nəticəsində geniş kütlələrin kriptovalyutalara özəlliklə Bitcoina aktiv investisiyası ilə nəticələnmişdir. Bununla bağlı demək olar ki, bütün birjalar yüklənmişdir. Bunun da üzərinə birjalar və bir çox mübadilə saytları DDos hücumlarına məruz qalır və xarici mənbələrdə hər gün böyük həcmlərdə Bitcoin və digər kriptovalyutaların oğurluq halları barəsində məlumatlar yayılır. Alış həcmlərinin və nəticədə transaksiyaların çox olması onların növbələrini yaradır ki, son 24 saat ərzində 200 000 -dən artıq transaksiyanın icrası artıq bir gündən çoxdur gözləmədədir. 
Artan bu tələb nəticəsində təbii olaraq Bitcoinun qiyməti ən yüksək həddə - bu gün üçün (08.12.2017 tarixinə )  17 500 dollar həcminə çatmışdır. Daha öncə də proqnozlaşdırdığım kimi bu rəqəmin ilin sonuna 20 000 dolları keçəcəyini düşünürəm. Hər hansı ciddi problemlər olmazsa Bitcoinun qiymətinin gələn ilin sonuna optimistik ssenari ilə 100 000 dollardan, pissimistik ssenari ilə 50 000 dollardan yüksək olacağını düşünürəm. 
Bu gün Bitcoin və top 5-likdə olan digər kriptovalyutalar çox önəmli bir dönəm keçirirlər. Bu yüksək tranzaksiya həcminin qarşılanması gücünün testi dönəmidir. Yalnız son 24 saat ərzində Bitcoin üzrə ticarət həcmi 29 mld dollardan artıq olmuşdur ki, bu hətta bir sıra birjaların fəaliyyətinin dayandırması ilə nəticələnmişdir. Bitcoinun alış imkanı olan böyük birjalardan olan Coinbase birjasında 07 Dekabr tarixində artan alış həcminin nəticəsində birja öz fəaliyyətini dayandırmalı olmuşdur. Hal-hazırda birjanın mühəndisləri bu yüksək tələblərinin qarşılama yolları üzərində çalışırlar.

İcrasında ciddi gecikmələr yaranan digər bir kriptovalyuta Ethereum kriptovalyutasıdır. Crypto Kitties adlı kriptovalyuta əsaslı virtual oyunun viral müvəffəqiyyəti nəticəsində əslində Ethereum öz blockchainin artan tələb həcminin qarşılanması baxımından test etmiş oldu. 
Bütün bu problemlər əslində kriptovalyutaların böyük qlobal həcmləri qarşılamasına hazırlıq baxımından önəmli proseslərdir.
Maraqlı bir sual yaranır: Bütün bu çətinliklər Bitcoin və digər kriptovalyutaların dəyərdən düşməsinə səbəb ola bilərmi?
Düşünürəm ki, qısa müddətli perspektivdə xüsusilə Bitcoin və Ethereumun qiymətində bir az enişlər ola bilər. Ancaq tələb o qədər yüksəkdir ki, yeni alışlar hesabına bu fərq bağlanacaqdır. Düşünürəm Bitcoinun qiymətində təxminən 3000 dollarlıq geriləmə olacaq yəni 14-15 min dollar civarlarına düşəcəkdir. Amma sonra yenidən öz qiymətini bərpa edəcəkdir.
Ciddi azalmanın olmaması həm də onunla bağlıdır ki, bir çox insanlar Bitcoina depozit aləti olaraq baxırlar və vəsaitlərini Bitcoinda uzunmüddətli yerləşdirməyə üstünlük verirlər. Yəni bu gün üçün Bitcoin və bir çox digər kriptovalyutalar hələlik ödəniş vasitəsi kimi geniş qəbul edilmir.
Bu vəziyyətdə diqqəti digər NEM, ZCash, Stellar, MİOTA, LiteCoin, Monero və digər kriptovalyutalara çəkmək istərdim. Əslində bu növbəlilik prosesində dünyanın diqqəti qeyd etdiyim kriptovalyutalara zamanla yönələcəkdir. Xüsusilə Litecoin və ZCashi qeyd etmək istərdim. Yeni ilin qəhrəmanları bu coinlar olacaq. 2018-ci ilin transaksiya lideri isə düşünürəm ki, NEM olacaqdır. Yalnız 2018-ci ildə NEM kriptovalyutasının Rusiya və ətraf regionlar üzrə yayılmasına yaradıcıları tərəfindən 40 milyon dollardan artıq vəsait ayrılmışdır. 
Gecikmələr barəsində isə onu deyim ki, narahat olmağa düşünürəm ki, dəyməz. Aldığınız coinlar hələ elektron portmanatlarınıza daxil olmayıbsa bir az gözləyin. Gəlib çatacaqlar.