вторник, 26 декабря 2017 г.

Kriptovalyuta - innovasiya yoxsa qlobal planın bir parçası

Kriptovalyuta və blokçeyn texnologiyaları ilə bağlı araşdırmalar zamanı maraqlı məlumatlarla rastlaşdım. Onları sizinlə də bölüşmək qərarına gəldim.
Bildiyiniz kimi kriptovalyuta, xüsusilə bitcoin sön dövrün ən geniş müzakirə olunan, araşdırılan mövzularındandır. Bu sahənin tam yeni bir ideya olduğu düşüncəsi var ancaq sən demə hələ 30 il bundan öncə 1988-ci ildə The Economist jurnalının 9 Yanvar tarixli 306 saylı buraxılışında, 9-10-cu səhiflərdə "Feniksə hazır olun" (Get Ready for the Phoenix) adlı bu texnologiyanın tətbiq olunacağı barəsində bir məqalə dərc olunmuşdu. Öz də bu o dərəcədə vacib məlumat olub ki, jurnalın üz qabığında da bu barədə aşağıdakı formada bir vizual yerləşdirilib. Hələ məqaləyə keçməmişdən, ancaq vizuala baxaraq coinun bu cür dəqiq təsvir olunması və bu innovativ yanaşmanın maraqlı vizual təsviri diqqəti cəlb edir. 
Həmin məqalədən bir sıra məqamları Sizin diqqətinizə təqdim edirəm:
"THIRTY years from now, Americans, Japanese, Europeans, and people in many other rich countries, and some relatively poor ones will probably be paying for their shopping with the same currency. Prices will be quoted not in dollars, yen or D-marks but in, let’s say, the phoenix. The phoenix will be favoured by companies and shoppers because it will be more convenient than today’s national currencies, which by then will seem a quaint cause of much disruption to economic life in the last twentieth century."
Yuxarıda qeyd olunur ki, 30 il sonra yəni bir həftə sonra qədəm qoyacağımız 2018-ci ildə bir çox qabaqcıl ölkələrin Amerikanlar, Yaponlar və Avropalılar, həmçinin bir sıra kasıb ölkələrdə ödənişlərdə xüsusi valyuta istifadə ediləcək. Bu alış verişin dəyəri nə dollarda, nə yendə nə də markla ölçüləcək, belə desək fenixlə qiymətləndiriləcək. Fenix bir çoxlarının sevimli valyutası olacaq çünki, o milli valyutalardan daha rahat olacaq ancaq iqtisadi yanaşmaları pozduğuna görə o qəribə qarşılanacaq. Abzasdan da göründüyü kimi əslində bu gələn il bizləri gözləyən bir innovasiyadan bəhs etsədə, mənim fikrimcə onun test variantı olan Bitcoinun işləmə mexanizmi və yanaşmasını çox xatırladır. 
Məqalədə həmçinin qeyd olunur ki, Feniks dövründə milli valyutalar öz dəyərini itirəcək. Faktiki olaraq milli monetar siyasət deyə bir anlayış olmayacaq. Monetar idarəetmə mərkəzi maliyyə orqanı olacaq - böyük ehtimalla bu Beynəlxalq Valyuta Fondu (BMK ingilis dilində - IMF - International Monetary Fund) - qurum tərəfindən tənzimlənəcək. Feniks zonasına daxil olmuş hər bir ölkə öz daxildə inflyasiya dərəcəsini, vergilərini özü tənzimləyə biləcək. Ancaq faktiki olaraq bu zonada olan ölkələr özləri valyuta emisiya etməyəcək. Onlar valyutanı BMK-dan borc olacaqlar. Bununla da ölkələr məqalədə qeyd olunana görə öz borclanma planlarına daha ciddi yanaşıb onu daha düzgün idarə edəcəklər. 
Feniksin dünya iqtisadiyyatına inteqrasiyası əsasən fərdi sahibkarlar arasında bu valyutanın aktiv təşfiq olunması ilə həyata keçiriləcək. Həmçinin öz elektron portmanatları vasitəsilə insanlar bu feniks birliyinin formalaşmasına səs verəcəklər. İlkin dövrdə feniks digər valyutalarla paralel inkişaf edəcək ancaq zamanla feniksin dəyəri digər valyutalara nisbətdə o qədər yüksələcək ki, insanlar daha çox feniksə etibar edəcəklər.
Məqaləni orijinalda oxuduqda doğrusu 30 il sonrası yəni bu günümüz üçün qeyd olunan bu planların, yaşadığımız həyatda bariz nümunələrini görmək marağıma səbəb oldu. Əslində çox da uzun məsafədə deyilik qeyd olunan proseslərdən. 2018-ci ildə Allahın izni ilə yaşayıb, olacaqların şahidi olacağıq. Bu yazı ilə qeyd olunan məlumatı Sizlərlə də bölüşdüm ki, məqalənin sonunda da qeyd olunduğu kimi "It is a growth-crippling prospect. Pencil in the phoenix for around 2018, and welcome it when it comes."  biləsiniz ki, bu proses başlayanda bu çox perspektivli bir coin olacaq, ona investisiya etməyə dəyər.
Bu arada coinmarketcap-da Phoenix adlı bir coin var. Amma onu araşdırmışıam 2013-cü ilin May ayında yaradılmış Decentralized bir coindur. Bu Phoenix məqalədə bəhs edilən deyil. 
Yaşayaq görək!

Mənbə:
http://www.zerohedge.com/news/2017-07-09/economist-get-ready-world-currency-2018

2 комментария: