Posts

Showing posts from January, 2018

Kriptovalyuta dünyasında nə baş verib? Qiymətlər niyə düşür?

Image
Son bir neçə həftə ərzində, bir çoxlarının verdiyi sual kriptovalyuta bazarlarında baş verənlər və qiymətlərdə baş verən enişlərlə bağlıdır. Belə ki, son 10-15 gün ərzində qiymətlərdə 30%-ə qədər eniş müşahidə olunmuşdur. Kriptovalyuta bazarının ümumi kapitalizasiyası yanvar ayının əvvəllərində, 830 mlrd dollar həcmindən, bu gün üçün (21.01.2018) 590 mlrd dollar həcminədək düşmüşdür. Bu prosesin belə çox sual və narahatlıq yaratmasının əsas səbəbi isə ümumiyyətlə maliyyə bazarları sahəsində olmayan insanların kriptovalyutalar sahəsinə bu bazara istər istəməz daxil olmaları ilə bağlıdır. Hər kəs birjalarda hesab açaraq kriptovalyuta əldə edib bazarı izləməyə çalışır. Bir çox insanlarda rast gəldiyim problem isə ondan ibarətdir ki, bu gündəlik qiymətləri izləmə facebookdan da betər zaman oğrusuna çevrilmişdir. :) İş, güc qalır bir tərəfdə bütün diqqət əldə olan kriptovalyutalaqın qiymət dəyişimlərində olur. Bu aslılıqdan azad olmaqla bağlı növbəti yazılarda bir neçə məsləhətlər yazacağ…