Posts

Showing posts from February, 2018

Kouç kimdir və ona hansı məsələlərlə bağlı müraciət etmək olar?

Image
Kouçinq ölkəmizdə nisbətən yeni bir istiqamətdir. Onun üçün bir çoxlarında sullar yaranır ki, görəsən hansı hallarda mən kouça müraciət etməliyəm? Kouça müraciətin mənim üçün faydası nə olar? Bu yazıda sizinlə birlikdə bu mövzunun araşdırmağa çalışacağıq. Beləliklə ilk sual: Kouç kimdir? Rəsmi olaraq baxsaq, kouç, baza təhsilinə malik (əsasən ali), əlavə olaraq kouçinq sahəsində akkreditasiya olunmuş tədris proqramları üzrə profesional təlim almış (toplam 60 saatdan az olmamaqla), profesional sertifikasiyaya malik şəxsdir. Obrazlı olaraq isə mən hər zaman kouçinqi, taksi sürücülüyü peşəsinə bənzədirəm. Siz bir məntəqədən başqa bir məntəqəyə daha tez getmək istədikdə taksidən istifadə edirsiniz. Taksiyə oturduqda sizə ilk verilən sualı xatırlayırsınızmı? İlk sual o olur ki, siz hara getmək istəyirsiniz? Gedəcəyiniz yeri dəqiq bildirə bilməsəniz taksi sürücüsü sizi həmin yerə aparıb çıxara bilməz. Gedəcəyiniz ünvanı bilmədikdə, o müxtəlif suallarla (O yer hara yaxındır? Onun yanında nə var…

Güclü suallarla, düşüncələrinizi azad edin!

Image
Bəzən düşüncələrinizi məşğul edən, qərara gələ bilmədiyiniz məsələlər olur. Bu işinizlə, münasibətlərinizlə, yaşadığınız həyat yolu ilə bağlı ola bilər. Məsələ ondadır ki, bu suallar sizi rahat buraxmır, mütəmadi olaraq beyninizdə canlanaraq, sizin konsentrasiyanızı yayındırır, enerjinizi tükədir. Beyninizdə canlanan bu suallar içərisindən indi, bu anda həll yolu tapmaq istədiyiniz, sizin üçün ən vacib olan birini seçin... Bu yazı vasitəsilə Sizi narahat edən o məsələyə ən optimal həll yolunu tapmağa çalışacağıq. Buna nail olmaq üçün bir sıra güclü sulları, sizin özünüzə verməyiniz lazımdır. Ancaq bu sualları cavablandırarkən sizin, öz qarşınızda səmimi olmanız mütləqdir. Narahat olmayın, cavablarınızı Sizdən başqa eşidən, bilən olmayacaq. Verəcəyiniz cavablara görə heç kəs sizi mühakimə etməyəcək. Yalnız siz və düşüncələriniz... Axı siz bunu öz yaxşılığınız üçün edirsiniz. Ona görə, gördünüz ki, düşüncələriniz qeyri-səmimi cavablar verir, özünüzü hər şeyi görən və bilən müdrik bir ins…

Proof of Stake (PoS) texnologiyası kripto dünyasına yenilik gətirəcək

Image
Hörmətli Oxucular,

Bildiyiniz kimi bloqda Sizinlə kripto, blokçeyn və yeni texnologiyalarla bağlı məlumatları paylaşıram. Bu dəfə də Sizə kripto dünyasında texnoloji dəyişikliklər barədə bir az məlumat vermək istərdim. Bu əsasən Proof of Work (yeni termin olduğu üçün Azərbaycan dilində düşünürəm ki, Mədənçilik əsaslı Təsdiq kimi tərcüməsi düzgün olar) və Proof of Stake (Saxlanc əsaslı Təsdiq) texnologiyaları və onların fərqli xüsusiyyətləri barəsində məlumatlar olacaqdır.

Əsası Bitcoin tərəfindən qoyulmuş Proof of Work - yəni Mədənçilik əsaslı Təsdiq texnologiyası hal-hazırda Bitcoin özü də daxil olmaqla bir çox kriptovalyutalarda istifadə edilir. Ancaq bu texnologiya
yüksək həcmdə enerji sərfiyyatı və məhdud maştablaşdırma imkanlarının olması ilə öz effektivliyini itirir. Belə ki, hər hansı əməliyyatlar blokunun təsdiqi üçün kripto alqoritminin həlli yolunu tapmaq lazımdır və bu proses çətinlik dərəcəsinin artması ilə əlaqədar günü gündən daha da çox resurs sərfiyyatı tələb edir. Bu…

Bitcoin köpükdür? partladımı?

Image
Əziz Oxucular,

Bildiyiniz kimi son günlərdə flaqman kriptovalyutalardan olan bitcoin qiymətində ilin əvvəlinə olan qiymətlərlə nisbətdə, üç dəfəyə qədər eniş qeydə alınıb.  Belə ki, ilin əvvəlinə Bitcoin qiyməti 17000 dollar civarından, bu gün üçün 6000 dollar səviyyəsinə qədər enmişdir. Təbii ki, bu eniş digər alt
coinların da qiymətinə öz təsirini göstərib. Ümumilikdə bazar həcmində də eyni qədər daralma vardır. Hal-hazırda ümumi bazar həcmi 280 mlrd dollar təşkil edir.

Bu vəziyyətdə bir çoxlarının düşüncəsi Bitcoin köpüyü partladı. Çoxları zərərinə də olsa əldə etdikləri kriptovalyutaları satmağa çalışırlar. Ancaq zərərlə satmaq doğru bir addım deyildir. Bitcoin qiymətində bu cür eniş və qalxışlar birinci dəfə baş verən bir hadisə deyil. Nəticədə Bitcoin 9 illik tarixçəsi olan bir kriptovalyutadır. Bu enişləri, qalxışları çox görüb. Hətta ötən illərdə qiymət enişləri zamanı bundan daha çox bitcoin bir köpükdür, artıq partladı, bitcoin erası bitdi kimi məqalələr, yazılar dərc olunu…