вторник, 6 февраля 2018 г.

Bitcoin köpükdür? partladımı?

Əziz Oxucular,

Bildiyiniz kimi son günlərdə flaqman kriptovalyutalardan olan bitcoin qiymətində ilin əvvəlinə olan qiymətlərlə nisbətdə, üç dəfəyə qədər eniş qeydə alınıb.  Belə ki, ilin əvvəlinə Bitcoin qiyməti 17000 dollar civarından, bu gün üçün 6000 dollar səviyyəsinə qədər enmişdir. Təbii ki, bu eniş digər alt
coinların da qiymətinə öz təsirini göstərib. Ümumilikdə bazar həcmində də eyni qədər daralma vardır. Hal-hazırda ümumi bazar həcmi 280 mlrd dollar təşkil edir.

Bu vəziyyətdə bir çoxlarının düşüncəsi Bitcoin köpüyü partladı. Çoxları zərərinə də olsa əldə etdikləri kriptovalyutaları satmağa çalışırlar. Ancaq zərərlə satmaq doğru bir addım deyildir. Bitcoin qiymətində bu cür eniş və qalxışlar birinci dəfə baş verən bir hadisə deyil. Nəticədə Bitcoin 9 illik tarixçəsi olan bir kriptovalyutadır. Bu enişləri, qalxışları çox görüb. Hətta ötən illərdə qiymət enişləri zamanı bundan daha çox bitcoin bir köpükdür, artıq partladı, bitcoin erası bitdi kimi məqalələr, yazılar dərc olunur, fikirlər söylənirdi. Ancaq Bitcoin buna baxmayaraq bu günə qədər gəlib çıxmışdır.

Aşağıdakı cədvəldə Bitcoinun tarixi qiymət dəyişimləri göstərilmişdir:
























Cədvəldən də göründüyü kimi müxtəlif zamanlarda çox ciddi qiymət geriləmələri müşahidə olunmuşdur.

Qiymət enişinə nə təsir etdi?

Bunun bir neçə səbəbləri oldu. Bildiyiniz kimi hal-hazırda bir çox Banklar kartlar vasitəsilə kripto alışlarına qadağalar qoyur. Bir çox ölkələrdə Bitcoin üzrə tranzaksiyalar tənzimlənməyə çalışılır, Treyderlərin fəaliyyəti məhdudlaşdırılır, mübadilə saytları və birjaların fəaliyyəti dayandırılır. Bütün bu proseslər təbii ki, kriptovalyutaların və xüsusi olaraq da bitcoin qiymətinə təsir göstərir.
Digər bir səbəb ənənəvi olaraq ilin əvvəlində birjalarda olan alqı-satqı həcminin azalmasıdır. Bu hər il təkrarlanan bir prosesdir. Həmçinin texniki analizə baxsaq hal-hazırda BTC/USD bazarında aşağı trenddir. Bu trend aşağı həddə çatıb, yuxarıya doğru qayıdacaqdır.

Bitcoin qiyməti nə qədər aşağı düşəcəkdir?

Bazarın reaksiyasından aslı olduğu üçün bunu tam dəqiq demək çətindir. Ancaq düşünürəm ki, bu eniş hələ bir müddət davam edəcəkdir. Ola bilər qiymət 6000 dollar həcmindən də yuxarı doğru getsin, ola bilər daha aşağı 5000-5500 səviyyələrinə düşsün. Ümumilikdə bazarda davamlı olaraq müxtlif səviyyələrdə qısa müddətli artımlar (rebounce) olur. Bu məqamlarda diqqətli olmaq lazımdır. Qiymət yuxarı qalxanda müəyyən qalxış səviyyələrini (support levels) gözləmək lazımdır ki, bazarın yuxarı hərəkətinin təsdiqlərini görə biləsiniz. Düşünürəm fevralın ortalarına doğru uptrend başlayacaqdır. Həmin dövrdə alış daha yaxşı olar. Ancaq yenədə qiymətləri mütəmadi analiz etmək lazımdır.

Bitcoin köpükdürmü?

Bir çox resurslarda və bir sıra paylaşımlarda bitcoin köpüyü partladı və s. kimi məqamlar qeyd olunur. Bitcoin qizmətinin süni artım həcminin ona köpük effekti verməsi ilə razıyam başqa bir çox süni şişirdilən alətlər kimi ancaq düşünmürəm ki, bu onun partlama anıdır. Bu sadəcə növbəti eniş zamanıdır və qiymət yenidən yuxarı doğru gedəcəkdir. Digər tərəfdən Bitcoin həcminin məhdud olması onun uzunmüddətli perspektivdə yüksək dəyərdə olacağını deməyə əsas verir. Bütün bu tənzimləmələr tətbiq olunacaq, mexanizmlər işlənib tətbiq olunacaq və Bitcoin öz yoluna davam edəcək. Əlbəttə bitcoindan daha da yaxşı coinlar var və olacaqdır. Ancaq Bitconun tamamən məhv olacağını düşünmürəm.

Qeyd: Burada qeyd olunan mənim fərdi düşüncələrimdir və hər hansı şəxs üçün qərarvermədə əsas deyildir.

2 комментария:

  1. `bitcoindan daha da yaxşı coinlar var` deyəndə hansılarını nəzərdə tutursunuz, Sənan bəy?

    ОтветитьУдалить
  2. Məsələn Litecoin. Bu arada Litecoin bitcoin qiymət enişi zamanı çox ciddi şəkildə qiymət mövqelərini qoruyurdu. Daha az spekulativ coindur və belə görünür ki, LTC investisiya etmiş şəxslər uzunmüddətli bu coin barəsində düşünürlər.

    ОтветитьУдалить