Posts

Showing posts from July, 2018

Bank sektorunun analitik icmalı (30.06.2018)

Image
Ümumilikdə Bank sektoruna əhalinin inamının azalmasına baxmayaraq, Banklar tərəfindən hələ də bu inamın bərpası istiqamətində ciddi addımlar müşahdə olunmur. Bu inamın bərpası üçün yeni keyfiyyətdə, modern məhsul və xidmətlərin təqdim edilməsi və onların düzgün bir şəkildə kommunikasiya olunması önəmlidir.  Bir çox Bankirlər elə düşünürlər ki, ilkin olaraq insanların ehtiyacları yaranmalı daha sonra onları ödəmək üçün məhsullar formalaşdırılmalıdır. Əslində isə bunun əksini düşünən və öz müştərilərini yeni innovativ texnologiyalardan istifadə etməklə, yeni bankçılıq trendlərinə öyrədərək inkişaf edən banklar daha avantajlı mövqedə olurlar. Düzdür bu yol daha çox vəsait və zəhmət tələb edən yoldur ancaq uzunmüddətli perspektivdə bu istiqamət öz bəhrəsini artıqlaması ilə verir. Baxmayaraq ki, bir sıra banklar mobil və internet bankçılıq xidmətlərinin tətbiqi ilə, müştərilərinin bankçılıq təcrübələrini təkmilləşdirməyə çalışırlar bu istiqamətin geniş yayılması istiqamətində kommunikasiy…