Posts

Showing posts from May, 2020

Olduğun kimi yaşa

Image
Şekspir demişdir: “Dünya bir teatrdır, insanlar isə onun aktyorlarıdır”. Bir çox hallarda biz steriotiplərin məngənəsinə qapanmış şəkildə həyatı yaşayırıq. Cəmiyyətin hər tələbi üçün öz maskamızı formalaşdırırıq… Bizim dünya görüşümüzə zidd olan hər şeydən qorxuruq. Belə bir halla qarşılaşanda onu aqqresiya ilə qarşılayırıq çünki bu düşüncələrimizə zidd mövqe bizim dünyamızda formalaşdırdığımız şablonları məhv edir. Həyatımız mübarizə və əzab-əziyyətdən ibarət olduğunu düşünürük. Elə düşünürük ki, hər şeyi mübarizə apararaq əldə etməmiz lazımdır, əslində isə lazım olan hər şey bizim yanımızdadır. Bizə sadəcə əlimizi uzadıb onu əldə etməyimiz qalır. Ancaq yanımızda olan, bizə xoşbəxtlik bəxş edən şeylərə biz qarışıq yollarla getməyə çalışırıq. Bununla da özümüz öz həyatımızı çətinləşdiririk. Biz xarici formaya üstünlük verərək daxili dünya barəsində unuduruq. Biz olduğumuz kimi yaşamağı unuduruq. Biz uşaq kimi olmağı unutmuşuq.Biz hamımız bu dünyaya bizi məhdudlaşdıran bir mühitə gəlir…